“Bura Ermənistanın olmayıb, heç Ermənistan özü olmayıb...”
1988-ci il idi. Günlərin bir günündə qohumum Zirəddin Usubov dedi ki, sabah səni ulu babalarının yurduna aparacağam.
“Ora haradır?” - deyə maraq etdikdə cavabı bu oldu: “Ceyrançöldə, Kür qırağında sehrli bir bulaq var. Gecə yuxuma girib. O bulağı ziyarətə gedəcəyik”.
Danışıb sabahısı gün görüşdük. “Niva”mız da hazır vəziyyətdə bizi gözləyirdi. Hə, onu da deyim ki, Zirəddin mənim ata nənəmin qardaşı Ələkbərin oğludur.
Yola düşdük, hardasa saat 12-də Kürün o biri tayına keçdik. Hava çox isti idi. Necə deyərlər, ilanlar mələyirdi, isti də bir tərəfdən nəfəsimizi kəsirdi. Buna baxmayaraq körpüdən Qazax tərəfə dörd dəfə keçib qayıtmışdıq... Di gəl, axtardığımız bulağı tapa bilmirdik ki, bilmirdik...
Yolumuzun üstündə bir ağaclıq vardı, onu özümüzə nişangah seçib hər dəfə gedib-gələndə orda soluğumuzu dərib dincəlirdik. Beşinci dəfə orada oturanda artıq saat 5 olardı. Çox yorulmuşdum, amma o bulaq məni özünə çəkirdi. Zirəddin də bir yandan bulağın sehrindən danışırdı və mən daha çox həvəslənirdim:
-Deyirlər, o bulağın suyu ilə nə qədər qab-qaşıq yusalar da qablar təmizlənməzmiş, yağlı qalarmış. Suyu qaynadıb isti su kimi istifadə eləyəndə belə işə yaramırmış. Bir gün sənin ulu baban Qasım deyib ki, bu suda bir sehir var, görürsünüz qab-qaşığı belə yumaq olmur. Daha onunla qab-qaşıq yumayın. Ancaq ağacları sulayın, heyvanları suvarın. Baban bunları oğlanları - mənim atamın babası Namaza və o biri qardaşları Əhmədlə Kərimə deyib.
Dediyinə görə, Zirəddin də o bulağı uşaq vaxtı görübmüş. Hardasa 60 ildən çox vaxt keçib üstündən... Mən hövsələsizlik eləyib Zirəddindən soruşdum:
-Bəs biz necə tapaq o bulağı?
Zirəddin:
-Orda yeddi yataq, bir də bir ev olub. Yataqların yeri kalafa kimi qalıb. Evin də yeri qalmalıdır. Bir də ki, bulaq çıxan yerdə ağac da var. Diqqət etdinsə, burdan başqa bizim qabağımıza heç yerdə ağaclıq çıxmadı. Ağaclar Kürün qırağındadır.
-Nə bilirik, bəlkə də buradadır?!
O, ətrafa göz gəzdirdi. Araya ani sükut çökdü. Birdən xoş ovqatla dilləndi:
-Vallah, deyəsən tapmışam axı! Bax, budur yeddi yatağın yeri. Ora da evin yeridir.
Evin yerində bir dənə də daş yox idi. Amma yataqla evin yeri torpaqda çökək kimi qalmışdı.
-Bəs sehrli bulaq hanı? - elə bunu demişdim ki, ikimiz də eyni anda arxaya döndük.
Tüklərimiz biz-biz oldu. Zirəddinin dediyi yerdə, bulağın yerindən neft fışqırırdı. Mən təəccübdən yerimdə donmuşdum:
-Zirəddin, bu bulaq doğrudan sehirli imiş.
Zirəddinin gözləri doldu:
-Deməli, o vaxt qabları yuyanda yağlı olmasının səbəbi bu imiş. Suda neft varmış.
O elə ayaqüstəcə mənə babalarımın tarixindən danışmağa başladı. O ərazini göstərərək dedi ki, bura bizim babaların ərazisi olub, sovet hökuməti dövründə də onlar buralarda heyvandarlıqla məşğul olublar.
Daha sonra Kürün Tovuz tərəfinə adladıq. O, məni Tovuz çayının Kürə qarışan tərəfinə gətirib dedi:
-Yaxşı bax, bu çayın sağ tərəfində Bozalqanlı kəndi olub. Sol tərəfində də köhnə Çilovdarlı kəndi.
O, Çilovdarlı kəndini göstərəndə təəccübləndim. Zirəddin barmağını yüz il bundan öncənin qazma evlərinə tuşladı. Sonra da qədim Çilovdarlı qəbiristanlığını göstərdi:
-Mənim atamın babası Qasım hey onların adlarını çəkərdi. Atamın əmisi Əhməd, Kərim bu qəbiristanlıqda uyuyur. Sizin nəslə də Qaralar deyirlər, ulu babanın adı Qara olub. Onun oğlu da Qasım. Qasımın yeddi oğlu varmış. Yeddisi də Həcc ziyarətinə gedib. Yeddi qardasdan sən Hacı Paşanın yadıcasısan. Hacı Paşa, Hacı Məhərrəm, Hacı Bağır, Hacı Rza, Hacı Kərim, Hacı Yusifi, Hacı Sadiq - onların yeddisi də bu qəbiristanlıqda yatır. Paşanın oğlu Qasımdır. Qasımın oğlu Namaz, Namazın oğlu Göycədir. Göycənin oğlu Qəzənfər Qasımov isə mənim atamdır. Hər ilin yay məzuniyyətimi onunla birlikdə keçirirəm. O, keçmişdən, tarixdən çox danişır, sovet hökuməti onların var-dövlətini, torpaqlarını əllərindən alıbmış.
Atamın əmisi Paşa Azərbaycanda ilk oxumuşlardan biri idi. Qori seminariyasını bitirmisdi. Sovet hökuməti qurulanda o dövrdə Nazirlər Sovetinin sədri olan Həmid Sultanov Paşa kisi ilə görüsür. Belə bir razılaşma olur ki, ya qaç İrana, Türkiyəyə keç, ya da mal-mülkünlə kolxoz quruculuğuna qatıl ki, biz səni qoruya bilək. Onlar bir yerdə oxumuşdular. Beləliklə, Paşa Qasımov 15 qoyun sürüsünü aparıb Tiflisdə, Soğanlıq deyilən kənddə satır, iki sürüsünü isə kolxoza bağışlayır. Babam Goycə kişini də Çilovdarlı kəndinin kolxoz sədri qoydurmuşdu. Qalan var-dövlətini isə qohumlar arsında paylamışdı.
...Zirəddinin də ulu babası yeddi qardaşdan Yusifin kötükcəsi idi. Zirəddin bir çinar ağacına yönəldi:
-Bax o çinarı görürsənmi? Oralar Göycə kişinin ərazisi olub. Mən “Nizami” kolxozunda işləyəndə bu ərazi “Göycə kişinin çinarı” adlanırdı. Həmin il bizim
Niyazi (Niyazi Zirəddin oğlu Usubov) kolxozun sədri işləyirdi...
Zirəddinin beş oğlu vardı, beşi də vəzifədə idi. Biri Balakənin polis rəisi idi. O, tarixini, keçmişini yaxşı bilirdi. Mənə dedi ki, “Topdağıdan” deyilən bu ərazi də sizin ulu babaların yurdu olub. Siz əslən bu torpaqdansınız. Sənin ata-babanın bir ərazisi də “Ermənistan”da, Şorca gölünün kənarında, “Orconikidze” kolxozu olan yerdədir. Sovet hakimiyyəti qurulanda o ərazidə kolxoz qurdular,
oranı da sizinkilərdən qopardılar.
Mənim yadıma Dürrü bulağı düşdü... Biz uşaq olanda atam hər il bizi o bulağın başına aparardı. Rəhmətlik Məleykə nənəm Dürrü bulağında, örük daşları olan yerdə qəbirləri gəzərdi. Atama ordakı qəbirləri bir-bir adıyla sadalayardı:
-Bax bu, sənin baban Namazın qəbridir. Bu da dayın Mikayılın...
Nənəm əli ilə qəbirlərin üstünü təmizləyərdi və can hövlü ilə deyərdi: “Bu torpaqlar var ha, bunlar bizim olub, bala. Dədə-baba torpağımız olub. Bura Azərbaycan ərazisi, Azərbaycan torpağı olub... Heç bilmirəm, necə oldu, bu erməni dığaları torpağımızı yiyələndilər. Bura heç vaxt Ermənistanın olmayıb. Heç Ermənistan özü olmayıb!”
Mən sonralar tarixlə yaxından maraqlananda gördüm ki, Səfəvi dövlətinin süqutundan sonra bu ərazilər bir müddət Osmanlı dövlətinin nəzarətinə keçibmiş. Osmanlı dövləti əhalidən vergilərin yığılması üçün o vaxt kəndbəkənd siyahıyaalma aparmışdı (siyahıda 1727 nəfərin adı keçir).
“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”nin 246-247-ci səhifələrində ulu babam Qasımın, başqa babalarımın adlarını tapdım. Təsəvvür edin, əlinə bir kitab keçir... və sən düz
1727-ci illərə qiyabi səyahətə çıxır, babalarınla vərəq-vərəq, ruh-ruh görüşürsən...

Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR