» » “MÜBARİZ DÜŞMƏN TƏRƏFƏ KEÇƏNDƏN SONRA ŞİDDƏTLİ ATIŞMA BAŞLADI…” -HƏRBÇİ YOLDAŞI…

“MÜBARİZ DÜŞMƏN TƏRƏFƏ KEÇƏNDƏN SONRA ŞİDDƏTLİ ATIŞMA BAŞLADI…” -HƏRBÇİ YOLDAŞI…

Müəllif: Səma Zərdablı
//
Tarix: 18 iyun 2019
//
Bölmə: Sosial
“MÜBARİZ DÜŞMƏN TƏRƏFƏ KEÇƏNDƏN SONRA ŞİDDƏTLİ ATIŞMA BAŞLADI…” -HƏRBÇİ YOLDAŞI…


Qafqazpress.az xəbər verir ki, bu gün Milli Qəhrəman gizir Mübariz İbrahimovun şəhadətindən 9 il ötür. M.İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonun Əliabad kəndində anadan olub. Silahlı Qüvvələrimizin giziri 2010-cu il iyunun 18-də gecə saatlarında düşmən tərəfə keçərək təkbaşına ermənilərin zabit və əsgərlərini məhv edib. Şəhidimizin meyiti 141 gün sonra düşmən tərəfdən alınaraq dəfn edilib.
M.İbrahimovla birlikdə xidmət edən əsgər Faiq Hacıyev açıqlamasında Milli Qəhrəmanımızın düşmən tərəfə necə keçməsindən danışıb:
“Mən onda kəşfiyyat bölüyündə xidmət edirdim. Mübariz könüllü olaraq Tərtərin Borsunlu kəndindəki postda gəldi. Mübariz bir ay idi ki, xidmət edirdi. Onun düşmən tərəfə keçdiyi yerləri mən də görmüşəm. Mübariz hər dəfə postdan qayıdanda görürdük ki, üstü çirklidir. Onda bir şey başa düşmədik və sonradan bildik ki, o, hər dəfə kəşfiyyata gedib gəlir və ermənilər əraziləri yandırdığı üçün onun üstü çirklənib. Düşmən tərəfə keçdiyi gecə kazarmada əsgərlərə posta getdiyini deyib və silahını götürüb çıxıb. Bir neçə saat sonra ermənilər tərəfdə şiddətli atışma başladı. Nə baş verdiyini başa düşə bilmirdik. Hamımız əlaqəyə çıxıb Mübarizi axtarırdıq. Yatağında axtarış apardıq və yazdığı məktubunu tapandan sonra bildik ki, düşmən tərəfə keçib. O, şəhid olandan sonra həmin post Mübariz İbrahimovun adını daşıyır”.
Qeyd edək ki, adının çəkilməsini istəməyən Mübariz İbrahimovun adını daşıyan postda xidmət edən əsgərlərdən biri əməkdaşımıza bildirib ki, “ermənilər 2016-cı ilin aprel döyüşlərində Mübarizin postuna üç dəfə hücum etdi, amma hər dəfə də düşməni ağır itkilərə məruz qoyaraq geri çəkilməyə məcbur etdik”.
banner125x125 banner125x125