Həmidə Ömərova: “Qızımı mənə oxşayan məşhur hind aktrisası oynayacaq”
Bu günlərdə hind kinosuna çəkiləcək xəbərləri yayılan xalq artistləri Rasim Balayev və Həmidə Ömərovadan yeni xəbər var.
Xalq artisti Həmidə Ömərova Milli.Az-a açıqlamasında Dubayda keçirilən hind filmləri festivalına qatıldıqlarını bildirib:
"Dubayda "Sayma" hind filmləri festivalı keçirilir. Bizim çəkiləcəyimiz olan hind filminin aktyor qrupu da bu festivalda çıxış edir. Çünki festivalın bu dəfəki təşkilatçıları çəkiləcəyimiz filmin baş prodüsserləridir. Bu Dubayda hər il keçirilən ən mötəbər festivallardan biridir.
Festivalda mən, Xalq artisti Rasim Balayev, Xuraman Əliyeva, geyim üzrə baş məsləhətçi Fəxriyyə Xələfova, filmimizin prodüsserləri Rauf Mehdiyev və Khe Soun Dia iştirak edirlər. Filmin çəkilişlərinə oktyabr ayında başlayacaqıq. Azərbaycandan bu filmdə bir çox aktyorlar çəkiləcək.
Mənim qızımı oynayan məşhur Hind aktrisa tapıblar, amma sözün düzü həmin aktrisanı görməmişəm. Hal-hazırda qırmızı xalıya getmək üçün hazırlaşırıq, bunun üçün fotosessiya təşkil olunub. İnşallah inanıram ki, gözəl bir film alınacaq.
Çünki hind filmlərini bizim xalqımız çox sevir. Biz hind filmləri ilə böyümüşük" deyə xalq artisti bildirib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR