Rasim Balayevdən Nazirliyə - “Niyə mənə iş yoxdur?”
“Dövlət sifarişi ilə çəkilən filmlərdə də mənə rol verilmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.
R. Balayev bildirib ki, hazırda işsizdir və bu vəziyyətdən çox narahatdır: “Yaxşı olar ki, buna Mədəniyyət və Turizm Nazirliyindən cavab versinlər. Niyə mənə iş yoxdur? Gözlədim, amma filmə çəkilmək üçün dəvət gəlmədi”.
R. Balayev ona şifahi dəvət gəldiyini də inkar etməyib: “Teleseriallardan dəvət olunur. Amma ssenarini bəyənmədiyimdən çəkiliş üçün razılıq vermədim. Yəni xoşuma gəlmədi”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR