» » Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 45 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 45 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 21 iyun 2016
//
Bölmə: Mədəniyyət
Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 45 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib








Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 45 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə məktəbin xalq çalğı alətləri orkestrinin və xalq çalğı alətləri ansamblının ifasında xalq və bəstəkar mahnıları, nağaraçalanlar ansamblının və xor kollektivinin çıxışı, məktəbin tar, saz, fortopiano, skripka sinfi şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri, şagird və müəllimlərin solo ifası, rəqs şöbəsi şagirdlərinin ifasında Azərbaycan milli rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirə qonaq qismində qatılan məktəbin yetirməsi, Azərbaycan Milli Konservatoruyasının müəllimi, profüssor Vasif Allahverdiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt komitəsinin sədri, şair Əşrəf Şəfiyev çıxış edərək məktəbin müəllim və şagird kollektivini təbrik edib, xoş arzularını çatdırıblar.
Tədbirdə məktəbin yarandığı gündən bu günə qədər olan fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, dəfələrlə beynəlxalq və ölkə miqyaslı müsabiqə və festivallarda məktəbin müəllim kollektivini şagirdlər öz uğurları ilə sevindiriblər.
Sonda tədbir iştirakçıları məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgisi tanış olub, yaradıcı gənclərə uğurlar arzulayıblar.