Sumqayıtın mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun da qatıldığı tədbirdə tanınmış meyxana ustadı Namiq Məna, sənətçilər Habil laçınlı, Təhmiraz Şirinov ilə yanaşı özfəaliyyət kollektivlərinin solistləri də çıxış ediblər.
Tədbirdə Əməkdar artist Rauf Ağakişiyevin ifasında hərbi vətənpərvər rulu şeirlər, solistlər İbrahim Fərzəliyev, Günay sadıqova, Leyla Məmmədli, İlkin Əlizadə, Fəhmin Əhmədov, Gülzar Fərəcova, Nigar Şamilqızının ifasında xalq və bəstəkar mahnıları, aşıq Səbinə Gədəbəylinin ifasında saz havaları əsgər və zabitlərimiz tərəfindən alqışlarla qarşılanıb.
Sonda hərbi hissələrə göstərdiyi mədəni xidmətə görə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov fəxri fərmanla təltif edilib.
Tədbirdə 2-ci dünya müharibəsi veteranı Mirməhəmməd Əliyev,Corat qəsəbə ağsaqqallar şurasının sədr müavini Fəxrəddin Behbudov,AVMB-nin Sumqayıt şəhər təşkilatının sədr müavini Zəkəriyyə Rəhimov çıxış ediblər.
Corat mədəniyyət evinin özfəaliyyət kollektivilərindən aparıcı və bədii qiraətçi Əliağa Tapdıq “Azərbaycan deyəndə” şeirni söylədi. Müğənilərdən Təranə Nurlu,Aqil Heydərli,Aysel Həsənzadənin rənga-rəng çixişları zabit və əsgərlər tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra Hərbi Hissə komandirinin müavini mədəniyyət evinin kolektivlərinə və gələn qonaqlara öz təşəkkürünü bildirib, bayram münasibətilə təbrik edib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR