» » Tanınmış aparıcı: Könül Xasıyeva bunların ümidinə qalmamalıdır

Tanınmış aparıcı: Könül Xasıyeva bunların ümidinə qalmamalıdır

Müəllif: Səma Zərdablı
//
Tarix: 22 fevral 2019
//
Bölmə: Mədəniyyət
Tanınmış aparıcı: Könül Xasıyeva bunların ümidinə qalmamalıdır


Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın doğum günü məclisində Xalq artisti Könül Xasıyevaya “şabaş” verməsi etiraza səbəb olub.
Qafqazpress.az xəbər verir ki, etiraz dalğasına məşhur teleaparıcı və səyyah Azər Qərib də qoşulub.
O, “Facebook” hesabında xoşagəlməz görüntüləri tənqid edən post paylaşıb.
“İnsanlar var ki, xeyriyyəçiliyə milyonlar xərcləyirlər. Bir şərtlə ki, adları heç yerdə qeyd olunmasın, “inkoqnito” qaydasında. Bunlar isə… Özlərini kişi adlandıranlar da var orada, özünü xanım adlandıran da. Azərbaycanın muğam sənətinin parlaq nümayəndələrindən olan Könül Xasıyevanı belə alçaltmaq?!
Bu video cəmiyətimizin ümumi mədəni səviyyəsini nümayiş etdirir.
Səviyyəsizlərin səviyyə formalaşdırmaq cəhdləri... Könül Xasıyeva bunların ümidinə qalmamalıdır...”