Bülbülün 26 yaşında "enerji içkisindən" ölən nəticəsinin FOTOLARI
Azərbaycan musiqisinin ən böyük simalarından olan Xalq artisti Murtuza Məmmədovun (Bülbül) enerji içkisindən dünyasını dəyişdiyi deyilən nəticəsi Aydan Vəliyeva ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Korrupsiya-q.az Publika.- ya istinadla az xəbər verir ki, korifey sənətkar, SSRİ Xalq artisti Bülbülün nəticəsi olan Aydan Vəliyeva tədbir aparıcısı kimi fəaliyyət göstərirmiş. Qan (talessimiya) xəstəliyindən əziyyət çəkən Aydanın enerji içkilərinin təsiri nəticəsində vəziyyətinin ağırlaşaraq öldüyü bildirilsə də, bu iddia onun ailəsi tərəfindən təkzib edilib.
Qeyd edək ki, 26 yaşlı A.Vəliyeva Bülbülün oğlu Çingiz Bülbüloğlunun qız nəvəsi olub.
O həm də “Azərkitab”da çalışıb.
Allah rəhmət eləsin.
Aydan Vəliyevanın bəzi fotolarını təqdim edirik.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR