» » Aybəniz Haşımovanın qızı ürək dağladı - VİDEO

Aybəniz Haşımovanın qızı ürək dağladı - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 02 may 2019
//
Bölmə: Mədəniyyət
  Aybəniz Haşımovanın qızı ürək dağladı - VİDEO


Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva səsi ilə ürəkləri dağlayıb.
Qafqazpress.az xəbər verir ki, Aynişan Quliyeva baş rolda çəkildiyi “Solğun çiçəklər” serialının növbəti buraxılışında Cəfər Cabbarlının “Ey dan ulduzu” adlı şeirinə bəstələnmiş mahnısını ifa edib.
Sevgilisi tərəfindən hamilə halda tərk edilən Sara obrazını canladıran aktrisanın ifası sosial şəbəkələrdə böyük diqqət toplayıb. Məşhurun yanıqlı səsi çoxunu təsirləndirib.
Aynişan sözügedən səhnə haqqında təəssüratlarını paylaşıb:
“Bu mahnını mənə cəmi 1 dəfə anam oxudu, öyrənməyə zamanım olmadı. Filmin quruluşcu rejissoru Xəyyam bəy dedi ki, Aynişan, mügənni kimi oxuma, Sara kimi oxu, onun fəryadını ver!”
Məlumat üçün bildirək ki, Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun çiçəklər” pyesini ekranlaşdırır. Peşəkar heyət tərəfindən müasir dövrə adaptasiya edilərək hazırlanan və 8 bölümdən ibarət ekran işi həftədə bir dəfə İctimai Televiziyanın efirində filmsevərlərə təqdim olunur.
Serialın ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.
Rollarda Xalq artisti Elxan Qasımov, Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları yer alıb.



banner125x125 banner125x125