Aynişan müğənniliyin daşını atır

“Həmişə bu sənətə hobbi kimi baxmışam”
Milli.Az bildirir ki, gecce.az “Starlife”a istinadən xəbər verir ki, Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva artıq şəxsi atelyesini açacaq. O, hobbi kimi baxdığı müğənnilikdən uzaqlaşacağını, sonuncu dəfə isə anası ilə duet oxuyacağını söyləyib:
“Bu il universiteti əla qiymətlərlə bitirdim. Magistr təhsilimi isə tam fərqli sənət üzrə davam etdirəcəm. Demək olar ki, bu sənətdən tamamilə uzaqlaşacam. Yəqin ki, anamala oxuyacağım duet, karyeramda son olacaq. Mən əslində bu sənətə "Avroviziya" yarışması üçün gəlmişdim. Seçilmədim.
İndi isə başqa istiqamətdə peşəkarlaşmaq istəyirəm. Mənim 5-6 ildən çoxdur ki, rəssamlıq təcrübəm var. Butik və ya atelye açıb, adımı brend kimi tanıtmaq istəyirəm”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR