“Ermənilər məndən xahiş edirlər ki, onlara Azərbaycana qayıtmaqda kömək edim” - MÜSAHİBƏ
Diaspor Jurnalistləri Birliyi (DJB) “Azərbaycanın xaricdəki əcnəbi dostları" adlı layihə həyata keçirir. Məqsəd əcnəbi dövlət və ictimai xadimlərlə münasibətlərin yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Əsas hədəflərdən biri də xaricdə Azərbaycana diqqətin daha da artırılmasıdır. Layihə çərçivəsində DJB tərəfindən Azərbaycana rəğbəti olan siyasətçi, jurnalist, yazıçı və s. fikir adamlarından müsahibələr hazırlanır. Layihə çərçivəsində növbəti müsahib Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriudur.
-Bilmək istərdik ki, siz həyat yolunuz və karyeranızı necə qurubsunuz?
-Bu sual məni düşünməyə və həyatıma bir sıra yekun nəticələr verməyə məcbur edir. Mən özümü xöşbəxt hesab edirəm. Məni sevən həyat yoldaşım, gözəl uşaqlarım, məni anlayan valideynlərim, sevimli işim var. Öz peşəkar karyeramda parlament vəkili vəzifəsini müəyyən bir vektor kimi qəbul edirəm. Sizin sualınızı cavablayarkən, düşündüm ki, bu vəzifədə mən insan haqlarının müdafiəsi üçün hər şeyi etmişəmmi? Qeyd edə bilərəm ki, çox işlər görülüb. Moldovada insan haqlarının qorunmasında ən böyük nailiyyətim olan, Konstitusiya Məhkəməsindəki qalibiyyətlərimi göstərə bilərəm, bunlardan, məsələn, işçilərin xəstəlik kağızları üzrə ödəmələrinin ləğv olunması qeyd edilə bilər. Mənim təklifimlə Konstitusiya Məhkəməsinin qərarına əsasən, hər il işçilərin əməkhaqqından 20 milliyondan artıq tutulmalar alınmır. Mənim inadlı təkidimlə və baş nazir Vlad Filatın köməyi ilə əlillərin hüquqları haqqında hökümət tərəfindən Konvensiyanın patifikasiya proseduru təşəbbüsü həyata keçirilib. Mənim təşəbbüsümlə və rəhbərliyin bilavasitə köməyi ilə Moldovada 15 il ərzində ilk dəfə olaraq insan haqlarının qorunması üçün Ombudsmanlar üzrə beynəlxalq konfrans keçirilib. Parlament vəkili vəzifəsində işləmək mənə imkan verdi ki, dünya siyasi elitalarının nümayəndələri ilə tanış oldum. Bu cür insanlarla təmasda olarkən, mən bütün bəşəriyyət və cəmiyyət qarşısında qoyulan məsələləri daha dolğun dərk etməyə başladım. Qeyd etmək istəyirəm ki, planlaşdırdığımız məsələlər hamısı həyata keçirilməyib. Mənim gələcək karyerama gəldikdə isə düşünürəm ki, hansı yolu seçib davam etdirim. Öz namizədliyimi xalq vəkili seçkilərinə verim, yaxud özümü siyasi karyeraya həsr edim.
- Xarici ölkə vətəndaşlarının arasında siz Azərbaycanın yaxın dostuna çevrilmisiniz. Sizin Azərbaycana olan sevginiz haradan qaynaqlanır?
- Qısa cavab verəcəm. Sizin ölkəyə ilk dəfə gələrkən və Azərbaycan xalqı ilə görüşərkən özümü evimdəki kimi hiss etdim. Azərbaycan mənim ürəyimə yatdı. Düşünürəm ki, sizin ölkənin xəritəsinin qartala oxşaması təsadüfi deyildir. Xalqın qonaqpərvərliyi, onun xeyirxahlığı heç bir xoşməramlı insanı Azərbaycana laqeyd yanaşmağa qoymaz.
- Sizcə, Azərbaycan və Moldova arasında münasibətlər necə inkişaf edir?
- Azərbaycan Moldova üçün dost ölkədir. Ölkələrimiz arasında münasibətlər, hesab edirəm ki, yaxın olmalıdır. Bizim ölkələrin ümumi problemi var - “dondurulmuş münaqişələr”. Və zənnimcə, bizim dost ölkələrimizin mövqeləri bu məsələlərdə daha da yekdil olmalıdır. Biz beynəlxalq səviyyədə bir-birimizin dayağını hiss etməliyik. Bundan başqa, bizim ölkə və əhalimizin inkişaf müvəffəqiyətləri ,mədəniyyəti və tarixini əks etdirən mətbu orqanların yaranmasını istərdim. Hətta birgə analitik Azərbaycan-Moldova mərkəzinin yaranması da ola bilər. Bizim ölkələrin xalqları xeyirxahlığı, səmimiliyi və qonaqpərvərliyi ilə bir-birinə oxşayırlar. İstərdim ki, ölkələrimiz arasında münasibətlər daha sıx və yaxın olsun.
- Dağlıq-Qarabağ məsələsinə dair Moldovanın rəsmi mövqeyi haqqında nə deyə bilərsiniz?
- Rəsmi Moldova Dağlıq Qarabağ məsələsi üzrə BMT-nin Baş Assambleyasının qətnaməsini bəyənib. Lakin mən belə fikirləşirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moldovanın daha geniş məlumatlandırılması lazımdır. Mən Moldovada Qarabağ müharibəsi haqqında az məlumatın olması ilə qarşılaşdım. Ermənilər tərəfindən Dağlıq Qarabağ və 7 rayonun işğal olunmasını, əsasən azərbaycanlıların soyqırımı və Xocalı faciəsi haqqında heç kəsin xəbəri belə olmamasını da qeyd etmək istərdim. Demək istəyirəm ki, vəzifəmdən asılı olmayaraq, Moldova cəmiyyətini və dünya ictimaiyyətini bu hadisələr haqqında məlumatlandırmağı özümə borc bilirəm. İmkanım daxilində, Qarabağ məsələsi üzrə BMT-nin Baş Assambleyasının qərarının və qətnaməsinin yerinə yetirilməsi işlərində iştirak edəcəyəm. Mənim arzum odur ki, bizim ölkələr, parlamentlər və hökümətlərimiz arasında mədəni, dostluq və siyasi münasibətlər inkişaf etsin, şəhər və kəndlərimiz və xalqlarımız qardaş kimi olsunlar.
- Ermənilər tərəfindən sizə qarşı təhdidlər davam edirmi?
- Təhdidlər haqqında suallara daha cavab vermək istəməzdim. Belə vəziyyət fasiləsizdir. Yeni nə demək istərdim. Mənə, Azərbaycandan olan erməni qaçqınlar müraciət edib xahiş edirlər ki, mən onlara öz vətənləri olan Azərbaycana qayıtmaqda kömək edim. Onların Ermənistanda çox acınacaqlı vəziyyətləri haqqında yazdıqları fikirlər heç bir ağla sığışmır.
- Bu düzdür ki, sizin ombudsman vəzifəsinin bitməsinin vaxtı çatıb? Əgər belədirsə, gələcəkdə nə ilə məşğul olacaqsınız?
- Mənim vəzifə borclarım hələ bitməyib. Mən hələ Moldova Respublikasının ombudsmanı vəzifəsini icra etməkdə davam edirəm. Bu ilin 9 mayında Moldovada yeni qanun qüvvəyə mindi-“Xalq vəkili haqqında” qanun. Bu qanuna əsasən, bizim ölkədə iki vəzifədən ibarət ombudsman yaradılıb, xalq vəkili və uşaq haqları üzrə ixtisaslaşdırılmış xalq vəkili. Hazırda bu vəzifələrə namizədlər üzrə xüsusi parlament komissiyası işləyir.
– Dağlıq Qarabağın separatçılar tərəfindən zəbt olunması və Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması məsələsi barəsində işinizi davam etdirirsinizmi?
- Əlbəttə, davam etdirirəm. Bu iş konkret hüquqi işlər tələb edir ki, bunları mən danışıram, lakın heç nə edə bilmirəm. Zənnimcə, Allahın köməyi ilə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayon yaxın vaxtlarda azad olunacaq. Sözümü Nizami Gəncəvinin kəlamları ilə bitirmək istərdim: “Hərəkət etmək lazımdır, bir göz qırpımına tez inan. Axı, hərəkətsiz qalmaq donub-qalmağa gətirib çıxarır”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR