» » KİMLƏR MƏNİ İNTİHARA VADAR EDİR... - MÜRACİƏT

KİMLƏR MƏNİ İNTİHARA VADAR EDİR... - MÜRACİƏT

Müəllif: Nicat Əmirov
//
Tarix: 12 aprel 2014
//
Bölmə: Sosial
Səmavi kitabda belə bir fikir var. İnsan Yer üzünün ən gözəl əşrəfidi. Həyat çox gözəldi. Yaşamaq isə ondan da gözəldi. Amma bu qədər gözəlliklər içində deyəsən, az qalıb intihar həddinə çatmağıma. Daha doğrusu, bu həddə artıq məni çatdırıblar. Çox təəssüf edirəm ki, mənə-ŞAİR-JURNALİST Rəhimli Xatirə Əziz qızına qarşı böyük haqsızlıq və ədalətsizlik edilir, bəzi məmurlar tərəfindən. Çox hörmətli və möhtərəm ölkə Prezidenti Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksək olması və vətəndaşların daha gözəl yaşaması üçün çox dəyərli fərmanlar imzalayır və sərəncamlar verir. Lakin bəzi qurum və icra strukturunda elə məmurlar var ki, ölkə başçısının fərman və sərəncamına düzgün əməl etmək istəmirlər. Mənə qarşı edilən bu haqsızlıqnan və bu ədalətsizliknən heç cür barışa bilmirəm. Nə üçün vətəndaşı olduğum müstəqil və demokratik ölkədə mənim-ziyalı bir insanın haqqı tapdalanır, hüququ pozulur... Məgər mən intihar etməliyəm ki, mənim hüququm qorunsun... Təəssüflə qeyd edirəm ki, mənə qarşı edilən bu ədalətsizliyə, bu haqsızlığa hələ də son qoya bilmirəm. Sərçə bir qurtum su içəndə belə, ALLAHA baxır. Məgər haqsızlıq, ədalətsizlik edən məmurun başının üstündə ALLAH yoxdur ki... Axı ziyalı bir İNSANın taleyindən söhbət gedir. Sonrakı peşimançılıq isə fayda verməz... Ölkə başçısı öz doğum gününü yurd-yuvasından didərgin düşən qaçqınlarla , köçkünlərlə bir yerdə keçirir. Onların həyat tərzi ilə, yaşayışları ilə şəxsən özü maraqlanır. Görəsən, ölkə vətəndaşının hüququnu pozan, haqqını tapdalayan bu qism məmurlar, bu ölkənin prezidenti Cənab İlham Əliyevdən niyə nümunə götürmürlər ki... Hər bir məmur və vətəndaş dövlətin qanunlarına düzgün əməl etməlidir. Möhtərəm Prezidentimiz belə bir fikir söyləyib. Məmur xalqın xidmətçisidi... Mən də öz Ana Vətənimi məmurlardan az sevmirəm. VƏTƏNimi çox sevirəm... Vətənimə canım fədadı. Bu fikir, yəni, doğma VƏTƏNimə olan sevgim, jurnalist kimi yazılarımda, məqalələrimdə, eləcə də, ŞAİR kimi şeirlərimdə və vətənpərvərlik mövzusunda qələmə aldığım əsərlərdə, iri həcmli poemalarımda da öz əksini tapır... Belə bir deyim var. HAQQ nazilər, üzülməz. Əminəm ki, HAQQ öz yerin tapacaq. Çünki mən də yaşamaq istəyirəm, bu gözəl və mənalı həyatda. Buna mənim də haqqım var!!! İnanıram ki, mənim bu HAQQ səsimi eşidən olacaq.Axı ümid son anda ölür...Əminəm ki, müraciətimə cavab verən tapılacaq... Mən, bu ölkənin vətəndaşı və ziyalı xanımı olaraq dövlətimə və dövlətimin QANUNlarına inanıram. 11 aprel, 2014 cü il

Rəhimli Xatirə Əziz qızı
Şair-Jurnalist
banner125x125 banner125x125