Parlamentdə müzakirə: “Leyla Yunus cəzalandırılmalıdır”
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında erməni deputatların NATO-nın Bakıda keçirilən iclasında iştirakı və hüqiq müdafiəçisi Leyla Yunusun həmin seminardakı Azərbaycan əlehyinə çıxışları müzakirə olunub.
AzVision.az-ın xəbərinə görə, Fəzail Ağamalı çıxış edərək bildirib ki, həmin seminarda bəzi xoş olmayan məqamlar olub:
"Tədbirdə bizi təəssüfləndirən xüsusi məqamlarda oldu. Hələ də Azərbaycanın dövlət maraqlarına zərbə vurmaqda davam edən, eləcə də ermənilərə xidmət edən Leyla Yunus yenə də öz ambulasında qalmaqda davam edir. Bu günə qədər onun hərəkətləri və davranışları lazımi səviyyədə hüquqi qiymətini tapmayıb. Bu da bütün vətəndaşları narahat edir. Digər narahatlıq doğuran məqamlardan biri də odur ki, KİV-lərə verilən məlumatlara görə, onun ayrı ayrı banklarda külli miqdarda pulu var. Maraqlıdır həmin pulların mənbəyi hardandı? Əldə etdiyi vəsaiti nəyə xərcləyir? Vergiləri ödəyirmi? Bütün sualların cavabı hələ də açıq qalıb. Onun Azərbaycanın dövlətçiliyində, ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük xidmətləri olan, daxili işlər orqanlarında göstərmiş olduğu təhqiramiz hərəkətləri bütün insanları hiddətləndirir".
Fəzail Ağamalının sözlərinə görə, danılmaz faktdır ki, o, bu hərəkətləri Almaniyada, Amerikada etsəydi, o zaman başqa addımlar atılardı:
“Ancaq Azərbaycanda o, qadındır, hüquq müdafiəçisidir deyə gözün üstündə qaşın vardır deyən olmadı. Axı belə şey olmaz? Ona görə də buradan hüquq mühafizə orqanlarına müraciət edirəm ki, Leyla Yunusla bağlı addımlarını daha sərtləşdirsinlər".
Spiker Oqtay Əsədov isə millət vəkilinin çıxışına belə reaksiya verib:
“Adıçəkilən seminar həqiqətən də yüksək səviyyədə keçirildi. Seminarda baş verən hadisələrə gəlincə, orada çıxış edən insanların sözlərinin Milli Məclisin iclasında müzakirə edilməsinin tətəfdarı deyiləm. Millətin gözü tərəzidi. Hər kəsin hərəkəti göründü və bilindi. Bunu artıq şişitməyə ehtiyac yoxdu”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR