Həkim Ədalət Abdullayev: “Məktəblərin açılmasına tələsmək lazım deyil”
Həkim-pulmanoloq Ədalət Abdullaev hesab edir ki, sentyabrın 15-də məktəblərin açılışını təxirə salmaq və oktyabr ayını gözləmək lazımdır:
“Operativ Qərargahın fəaliyyəti və qərarları xəstələrin sayına əsaslanır. Çox xəstə - daha çox qadağa, az xəstə - qadağaların yumşaldılmasıdır. İnsanların izdihamına səbəb olduğuna görə, hələ ki, toy, yas tədbirlərinin keçirilməsinə heç bir icazə verilməməsini düzgün addım hesab edirəm”.
Bu barədə Neftçilər Mərkəzi Xəstəxanasının şöbə müdiri, həkim-pulmonoloq Ədalət Abdullayev Media.Az-a müsahibəsində deyib.
“Uşaqlar isə sinif otaqlarında sosial məsafəyə dair hansı qaydaları tətbiq etməyimizdən asılı olmayaraq, dəhlizlərdə olacaqlar, fasilə zamanı bir-biri ilə yaxın ünsiyyət saxlayacaqlar. Bunu böyüklərə izah edə bilmiriksə, uşaqlara nə deyək... Uşaqların xəstəliyi rahat keçirmələri vəziyyəti öz axarına buraxmağa əsas vermir. Üstəlik, xəstə uşaqlar böyükləri asanlıqla yoluxdura bilər. Bundan əlavə, bu gün yoluxucu xəstəlikləri olmayan kifayət qədər gənclərin koronavirusa çox ağır keçirdiyi, hətta ölümlərinə səbəb olduğu bir tendensiya var.
Ona görə də belə hesab edirəm ki, hadisələrin bundan sonrakı bir ayda necə inkişaf edəcəyini gözləsək, heç də pis olmaz. Və ancaq bundan sonra məktəblilərin dərsə getmələri və ya onlayn təhsilə davam etmələri barədə qərar verə bilərik”, - o, qeyd edib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR