Uroloji Xəstəxanada ölüm: Həkim səhlənkarlığı gəncin həyatına son qoydu
Uroloji Xəstəxanada ölüm: Həkim səhlənkarlığı gəncin həyatına son qoyduBakıda əməliyyat edilən xəstə həkim səhlənkarlığından dünyasını dəyişib.
Qafqazpress.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əməliyyat olunan Laçın rayonundan məcburi köçkün Əlizamin adlı 28 yaşlı gənc qipospadiya (sidik kanalının tutulması) əməliyyatı olunub. Əməliyyatdan sonra xəstənin bir həftə qızdırması düşməyib. Onun qanına iltihab keçdiyi üçün dünyasını dəyişib. Həkimlər məsuliyyəti öz üzərlərindən atmaq üçün xəstənin yaxınlarına mərhumun ürəyində problem olduğu üçün dünyasını dəyişib. Məlum olub ki, mərhum xəstəxananın uşaq şöbəsində professor Eldar Hüseynov və oğlu Murad Hüseynov tərəfindən əməliyyat olunub. Həmin şöbədə isə 14 yaşına qədər uşaqların əməliyyat olunbmasına icazə var. Xəstənin yaxınlarının bildirdiyinə görə, əməliyyata görə xəstəxanaya 2000 manata yaxın pul ödənilib.
Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, telefonlara cavab verən olmayıb.
Uroloji Xəstəxanada ölüm: Həkim səhlənkarlığı gəncin həyatına son qoydu
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR