» » İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşını yoxdur? - AÇIQLAMA + YENİLƏNİB/VİDEO

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşını yoxdur? - AÇIQLAMA + YENİLƏNİB/VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 28 avqust 2020
//
Bölmə: Səhiyyə
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşını yoxdur? - AÇIQLAMA + YENİLƏNİB/VİDEO


TƏBİB İsmayıllıda mərkəzi rayon xəstəxanasında təcili tibbi yardım maşınlarının vəziyyəti ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə yeni təcili tibbi yardım avtomobilləri gətirilib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Bu təcili yardım avtomobillərinin regionlar üzrə paylanılması üçün bölgü aparılıb.
Yaxın günlərdə xəstəxanalara təqdim ediləcək. Onu da qeyd edək ki, ölkədə təcili tibbi yardım avtomobillərinin çox hissəsi COVID-lə mübarizəyə cəlb edilib”.

11:21

İsmayıllıda yaşayan vətəndaşlardan biri rayon xəstəxanasının təcili tibbi yardım maşınından narazıdır.
Bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb.
Həmin paylaşıma yazılan şərhdə xəstənin vəziyyətinin yaxşı olduğu qeyd edilsə də, maşının vəziyyəti barədə eyni sözü demək çətindir:
“Anamın vəziyyəti şükür, yaxşıdır. Amma bu “təcili tibbi yardım maşını” İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aiddir. Təcili tibbi yardım maşını bir növ, səyyar xəstəxana olmalıdır, tibbi cəhətdən təchiz edilməlidir. Bu maşında isə oturmağa belə normal şərait yoxdur”.
Xəstəxanadakı vəziyyət isə belə təsvir olunub:
“Adi sistem tərkibini, pambığı, digər vasitələri də xəstə özü almalıdır. Bu işlərə baxan olmasa, camaatı qıra-qıra gedəcəklər”.
banner125x125 banner125x125