» » Yeni telekanalın yeni simaları: Xəyalə İntiqam

Yeni telekanalın yeni simaları: Xəyalə İntiqam

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 aprel 2014
//
Bölmə: Şou-biznes
Yeni telekanalın yeni simaları: Xəyalə İntiqam


May ayında Region TV-də yeniliklər olacaq. Milli.Az xəbər verir ki, yeniliklər haqqında aparıcı Xəyalə İntiqam danışır:

Mən və Televiziya: Mən 2008-ci ildə aparıcı kimi televiziyada fəaliyyətə başladım. O zaman bölgələrdə yayımlanan telekanallarda şou verilişi ilə efirə çıxırdım. Kamera önündə olmaq daim mənimçün cəlbedici olub, amma nə zamansa aparıcı olacağımı düşünmürdüm. Zaman keçdikcə öz üzərimdə işləşim. Region TV mənim gizli istedadımı kəşf etdi.

Yeni efirə hazırlıq: Mayda bizə bütün ölkə baxacaq. Əlbəttə ki, qarşıdakı ayı səbirsizliklə gözləyirəm. Həyəcanlıyam, amma bu, məsuliyyətin gətirdiyi həyəcandır. Həmişəki kimi kollektivimizlə işimizin öhdəsindən gələcəyimizə əminəm.

Biz efirdəyik: Həftəlik maqazin proqramı olan “Şou Məkan” verilişinin aparıcısı olaraq efirə çıxacam. Digər telekanallardan fərqli olaraq Region TV-də şou verilişlərinə kiçik yer ayrılıb. Estrada müğənnilərinin fəaliyyəti ilə sadəcə 2 verilişdə tanış ola bilərsiz. Komandamızla şou aləmini fərqli və daha maraqlı təqdim etməyə çalışacağıq. Reallaşdırmağı düşündüyümüz bir çox ideyalarımız var. Yeri gəlmişkən, “Şou məkan”ın bir gözəl adəti var: Biz tez-tez uşaq evlərini, qocalar evini ziyarət edirik. Onları estrada ulduzları ilə görüşdürürük. Ümid edirəm ki, bu təcrübədən digər maqazin verilişləri də yararlanar. Verilişimiz hər bazar saat 18:30-da efirə çıxacaq.



QafqazPRESS.az