Sevda və Pərvizi nə birləşdirir?
Bəstəkar Pərviz Mahmudov və müğənni Sevda Yəhyayeva yeddinci işbirliyinə imza atıb.
ANS PRESS-in məlumatına görə, S. Yəhyayevanın ifasında söz və musiqisi P.Mmahmudova məxsus “Bağlanıb ürək” mahnısı dinləyicilərin ixtiyarına verilib. Daha bir neçə mahnı üzərində çalışan bəstəkar saytımıza bildirib ki, yeni söz yazarları və musiqiçilərlə işbirliyi qurmağa hazırdır:
“Efirlərə çıxmadan belə, daha çox tələb edilən bəstəkar olmağım məni sevindirir. Özümü bu işdə şanslı hesab etdiyim üçün istəyirəm bu imkanı başqa istedadlı insanlara da verim”.
Qeyd edəl ki, “Bağlanıb ürək” mahnısını Fərid İman aranjeman edib: “Fərid həm yaxşı dost, həm də istedadlı musiqiçidir. Onunla daha bir neçə mahnı üzərində çalışırıq. Bu il mənim bəstələrimi Fəridin aranjemanında çox eşidəcəksiniz”. Xatırladaq ki, S. Yəhyayevanın reperturaınd olan “O zaman”, “Sənsiz”, “Buz kimi”, “Saxta”, “Sən”, “De mənə” mahnılarının bəstəkarı da Pərviz Mahmudovdur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR