» » Sevda Ələkbərzadə: "Stinq mahnımı oğurlayıb"

Sevda Ələkbərzadə: "Stinq mahnımı oğurlayıb"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 may 2014
//
Bölmə: Mədəniyyət
Sevda Ələkbərzadə: "Stinq mahnımı oğurlayıb"



Əməkdar artist Sevda Ələkbərzadənin dünya şöhrətli müğənni Stinqin mahnısını oğurladığı iddia olunur
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, “Şoubiz+” verilişində sənətçimizin oxuduğu “Ulu vətən”in Stinqin “A Thousand Years” mahnısının plagiatı olduğunu göstərən süjet verilib. Süjetdə deyilir ki, Sevda Ələkbərzadə amerikalı həmkarının mahnısını özününküləşdirib.

S.Ələkbərzadə isə bildirib ki, əslində Stinq onun mahnısını mənimsəyib:

“Zaur Abdullayev bu mahnını 1988-ci ildə yazıb, bunu hər kəs bilir, çünki o vaxtlar bir çoxu ifa edib. İlk dəfə bu mahnı 1997-ci ildə lentə alınıb və “Yuxu” qrupu oxuyub”.

Qeyd edək ki, bu mahnı 1999-cu ildə Stinqin albomuna daxil edilib. “Yuxu” qrupu isə mahnını albomlarına 2001-ci ildə daxil edib.


QafqazPRESS.az
banner125x125 banner125x125