» » Vasif Məhərrəmli: "Söymüşəm, peşman da deyiləm"

Vasif Məhərrəmli: "Söymüşəm, peşman da deyiləm"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 may 2014
//
Bölmə: Şou-biznes
Vasif Məhərrəmli: "Söymüşəm, peşman da deyiləm"


Jurnalistin mayın 8-i Şuşanın işğalı günü Vasif Məhərrəmlini əyləncəli məclisə dəvət etməsi barədə xəbər vermişdik. Bunun qurma olduğunu öyrənən Vasifin həmin jurnalistə zəng edib, söyüş söyməsi medianın gündəmini zəbt etmişdi. Hadisədən dərhal sonra jurnalist, sənətçini məhkəməyə verəcəyini bildirib.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, müğənni onu qalmaqala çəkmək istəyən jurnalistə “Bazar səhəri” verilişində efir vasitəsilə cavab verib. Həmin gün baş verən hadisəni bir-bir açıqlayan Məhərrəmli bunları bildirib.

“Gül bayramı münasibətilə bölgələrimizdən birində konsertdən qayıdırdım. Yolda mənə zəng olundu. Yarıyuxulu vəziyyətdə telefona cavab verdim. Telefondakı şəxs mənə axşam yubileyinin olduğunu və yarım saata nə qədər qiymətə gələ biləcəyimi soruşdu. Mən qiyməti söyləyən kimi telefonu bağladı. Məsələnin nə yerdə olduğunu həmin saniyə anladım, amma artıq gec idi. Yenidən ona hər iki nömrəmdən zəng vuranda telefonuma cavab vermədi. Bu zaman işçimin telefonu ilə onunla əlaqə saxladım. O iki zəngimə cavab verməməsi məni çox qəzəbləndirdi. Mən də emosiyalarıma sahib ola bilməyib, onu söydüm. Bu gün də peşman deyiləm. Məni məhkəməyə verəcəyini deyib. Versin, nə cərimə tutacaqlarsa, tutsunlar”.

Əsəblərini cilovlaya bilməyən Vasif, and-aman edir ki, zəng edərkən üzrxahlıq edəcəkdi. O əlavə edib ki, əgər məni həmin günü dəvət olunan yerdə görsəydi, hansısa bir toyda iştirak edən halda görüntüləsəydi, bəlkə, məhkəməyə verməyə haqq vardı.



QafqazPRESS.az
banner125x125 banner125x125