Acun Ilıcalıya şok suçlamalar: "Yalan danışırsan!"
Türkiyənin ən populyar realiti-şoularından olan "Survivor"da 2011-ci ildə qalib gəlmiş Derya Büyükuncunun "mükafat qismində alacağım pulları əlillərə və ehtiyacı olanlara verəcəyəm" deməsinə rəğmən, sözünün üstündə durmadığı vurğulanır.
Məşhur idmançının 500 min lirəlik mükafatı alandan sonra ABŞ-a yollandığı, xeyriyyə işlərinə bir lirə də verməyərək "Acun Medya"nı aldatdığı da deyilir.
"Survivor" proqramını hazırlayan "Acun Medya" da hazırda ABŞ-da yaşadığı və xeyriyyə işləri üçün vəd etdiyi pullara villa aldığı deyilən Derya Büyükuncunu məhkəməyə verməyə hazırlaşır.
D.Büyükuncunun gizləndiyi, telefon nömrələrini də dəyişdiyi deyilir.
Milli.Az AHT-yə istinadən bildirir ki, "Survivor"un qalmaqallı qalibi "Sözçü" qəzetinə müsahibə verərək iddiaları rədd edib.
"Acun Ilıcalı və onun şirkəti yalan danışırlar. Heç yerə qaçmamışam. Haqqımda çox yalanlar danışılır. 32 il idmanla məşğul oldum, Türkiyə bayrağı altında 500 rekord vurdum. Budurmu əvəzi, qiyməti? O qədər sarsaq iddialardır ki... Əvvəla, ABŞ-a qaçmamışam. Mən burada artıq 20 ildir ki, yaşayıram. İnsanın yaşadığı yerə "qaçması" barədə ancaq Türkiyə mediasında xəbərlər yayıla bilər.
O xəbərlərə inanan insanlar düşünürlər ki, guya mən 500 min lirə almışam. Acun Ilıcalıya sayğım var və onun da mənə sayğısı olduğunu düşünürəm. Lakin belə iddialar mənasızdır.
Əvvəla, 500 min lirəni almamışam. "Survivor"da vəd olunsa da, yalnız 2 il sonra o pulun bir qismini ala bildim. Məbləğin yerdə qalanını hələ də ala bilməmişəm. Ödəməyiblər. Vəkil tutdum, "Acun Medya"nı məhkəməyə verdik. Çünki bu şirkət mənimlə imzaladığı müqavilənin şərtlərinin heç birini yerinə yetirməmişdi. İki il keçib, amma problem həll olunmayıb. Onları məhkəməyə verdiyim üçün həm özümün, həm də onların vəkillik xərclərini ödədim. Böyük pullar xərclədim. Sonra mənə dedilər ki, problemi məhkəməyə qədər həll edək. Amma indi "Acun Medya" deyir ki, güya 3 aydır məni tapa bilmir, telefonuma zəng vura bilmir. Yalandır. Siz necə zəng vurdunuz bəs?! Telefon nömrələrimi də dəyişməmişəm.
Deyirlər, guya hansısa jurnalistin suallarını cavablamamışam. Axı hər jurnalistə saatlarla müsahibə versəm, işlərimi kim görəcək?", - D.Büyükuncu deyib.
Onun sözlərinə görə, haqqında yayılan iddialar gülüncdür.
"Deyirlər ki, guya "Survivor"dan ödənən 500 min lirəyə villa almışam. Öldüyümü də yazırlar. Oxuyanda fikirləşirəm ki, əcəba, ölmüşəm, xəbərim yoxdur?! Xasiyyətimi, insanlığımı pula dəyişmərəm, satmaram. Yalanlara da inanmayın", - D.Büyükuncu deyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR