Nuşirəvan Məhərrəmli də Mirşahinə - cavab verdi
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasına maliyyə yardımının dayandırması ilə bağlı Mais Məmmədov və Mirşahin Ağayevinin reaksiyalarına cavab verib.
Şura sədri “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Şura qanunvericilyə uyğun şəkildə davranıb və telekanal onlara ayrılan vəsaiti, konkret olaraq 320 min manatı təyinatı üzrə xərcləməyib: “Telekanalın verdiyi münasibətə gəlincə isə tam olaraq ANS üslubunda cavab veriblər. Bizdə sənədlər var. İqtisadiyyatdan az-çox başı çıxan istənilən şəxs gəlib həmin sənədlərlə tanış ola bilər”.
N.Məhərrəmli həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə iddiasının təmin edilməsinə də münasibət bildirib. Şura sədrinin sözlərinə görə, onlar məhkəmə qərarına hörmətlə yanaşırlar: “Lakin biz təkcə “cinçıxarma” ilə bağlı deyil, həmçinin reklam qanunvericiliyinin pozulması faktını da irəli sürmüşdük. Lakin nədənsə hakim sadəcə “cin” məsələsinə ilə bağlı iddiaya baxıb və qərar qəbul edərkən digərlərini nəzərə almayıb”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR