Azərbaycanlı müğənni həyatda ən böyük hədiyyəsindən danışdı
Müğənni Emil Bədəlov ailəsindən bəhs edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ANS telekanalında yayımlanan “Evdəyik” verilişinin qonağı olan sənətçi həyatda ən böyük mükafatının həyat yoldaşı olduğunu bildirib:
“Subay olsam, ailəm olmasa, yaşaya bilmərəm. Həyatdakı ən böyük uğurum, mükafatım ailəmdir. Çox xoşbəxtəm ki, belə sağlam ailəm var. Musiqiçi ailəsindən bir xanımla evlənmişəm. Evə gec gəlmək, məclisdən gec çıxmaq kimi hallar ona tanış olduğu üçün mübahisə etmirik. Həyat yoldaşım məni başa düşür”.
Qeyd edək ki, Emil xalq artisti Firuz Əliyevin qızı Xanımla evlidir. Cütlüyün Səadət adlı bir qızı var.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR