» » Müğənni: "Məktəb yoldaşlarımın çoxusu maraqsız idi"

Müğənni: "Məktəb yoldaşlarımın çoxusu maraqsız idi"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyun 2014
//
Bölmə: Şou-biznes
Müğənni: "Məktəb yoldaşlarımın çoxusu maraqsız idi"


Gənc ifaçı Yaşar Cəlilov “Son zəng” gününü qeyd edib.

Müğənni ANS PRESS-ə bildirib ki, Mərdəkan qəsəbəsindəki 183 saylı orta məktəbin rəhbərliyi və müəllim müəllim heyətinin dəvəti təhsil ocağının qonağı olub. Y. Cəlilov təəsüratlarını da bizimlə bölüşüb:

“Son zənglə bağlı xatirələrim yoxdur. Çünki son zəng günü dostumla Gəncəyə getdik. Orda onun bacısının toyu idi. Bir həftə də Gəncədə qaldım. Məktəb yoldaşlarımın çoxu maraqsız idi deyə toyu son zəngdən üstün tutdum. Amma bu gün onların hər biri üçün darıxıram”- deyərək fikirlərini bildirib.

Gənclərin qarşısında çıxış edən Yaşar 183 saylı orta məktəbin “Son zəng” tədbirində “Olarmı?” və “Qonşu” mahnılarını ifa edib.


QafqazPRESS.az
banner125x125 banner125x125