Müğənninin qonaqlığını polislər dağıltdı
Məşhur müğənni Selena Qomez dostlarını başına yığıb Los Ancelesdə şənlik keçirib.
ANS PRESS-in məlumatına görə, 21 yaşlı sənətçinin qonaqlığı o qədər səs-küylü keçib ki, qonşuları sonda bezərək polis çağırmaq məcburiyyətində qalıblar. Selena bütün gününü keçmiş sevgilisi olan, qalmaqalları əksik olmayan müğənni Castin Biber ilə birlikdə keçirib.
Yenidən bir araya gəldikləri deyilən cütlük gündüz motosikletdə gəzib, gecəni isə Selenanın evində davam etmək fikrində olublar. Buna baxmayaraq gənclərin arzuları yarımçıq qalıb.
"Gecə saatlarında Selenanın imarətinin yaxınlığında yaşayan şəxslər tərəfindən bizə şikayət daxil olub. Dərhal hadisə yerinə yollandıq, xoşbəxtlikdən evdə olan gənclər bizim gəlişimizi normal qəbul etdilər və musiqinin səsini aldılar"- deyərək polislər məlumat veriblər.
Qeyd edək ki, qonaqlığın ertəsi günü Selena Qomez İnstagram səhifəsində ağ-qara şəkil paylaşıb. Fotonun gecə çəkildiyi məlum olub. Şəkildə ifaçının bir neçə dostu ağ pianonun yanında dayanıb mahnı ifa etdikləri görünür.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR