» » Rafet Bakıya sevgilisini də gətirir

Rafet Bakıya sevgilisini də gətirir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 iyun 2014
//
Bölmə: Şou-biznes
Rafet Bakıya sevgilisini də gətirir




Türkiyəli müğənni Rafet El Roman sabah axşam saatlarında Bakıya gələcək
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iyunun 25-də konsert verməyə hazırlaşan sənətçinin sevgilisi Ceren və oğlu da onunla birlikdə olacaq. Bu haqda təşkilatçı Nahid Emiloğlu məlumat verib.

Qeyd edək ki, konsertdə müğənni Günay İbrahimli də səhnəyə çıxacaq. Gecənin aparıcısı Zaur Nəbioğlu olacaq.

Xatırladaq ki, Rafetin konserti iyunun 7-nə planlaşdırılsa da, Almaniya vətəndaşı olan oğlunun viza məsələsi səbəbindən təxirə düşmüşdü.



QafqazPRESS.az
banner125x125 banner125x125