Xalq artisti əsgərlərlə oynadı
Xalq artisti Nisə Qasımova Qarabağ bölgəsində konsert proqramlarına start verib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin öz təşəbbüsü və Müdafiə Nazirliyinin xəttilə həyata keçirilən konsert Milli Qurtuluş gününə həsr edilib. İlk konserti Sərhəd Qoşunlarının Füzuli rayonunun Horadiz şəhərində yerləşən N saylı hərbi hissəsində baş tutub. Hərbçilər qarşısında çıxış edən sənətkar zabit və əsgərləri bayram münasibətilə təbrik etdikdən sonra repertuarında olan sevilən mahnılarını onlar üçün ifa edib.
Maraqlı keçən konsertdə deputat Bahar Muradova, eləcə də Füzuli rayonu İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Konsertin açılışında çıxış edən millət vəkili hərbçiləri təbrik edərək Nisə Qasımovaya xüsusi təşəkkürünü bildirib.
Bu gün xalq artisti Horadizdə yerləşən Muğam Mərkəzində növbəti konsert proqramı ilə çıxış edəcək.
Nisə xanımın bayram konserti Qarabağ bölgəsində iyunun 16-dək davam edəcək.
Qeyd edək ki, konsert proqramları AzTV-nin vasitəsilə lentə alınır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR