» » İradə İsak: "Bu pəhrizlə 40 günə 12 kilo arıqlamışam"

İradə İsak: "Bu pəhrizlə 40 günə 12 kilo arıqlamışam"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 iyun 2014
//
Bölmə: Şou-biznes
İradə İsak: "Bu pəhrizlə 40 günə 12 kilo arıqlamışam"


Milli.Az məşhur teleaparıcı İradə İsakın formaggio.az-a müsahibəsini təqdim edir:

- İradə xanım, son vaxtlar bir az kökəlmisiniz deyəsən...

- Hə. Bilirsiniz, mən məktəbdə “toppuş” qızlar olur e, onlardan biri idim. Ona görə də, pəhrizə 7-8-ci siniflərdən başlamışam. 2006-cı il aprelin 21-dən çörəklə vidalaşmışam. Buna baxmayaraq köklüyə meylliyəm. 7-ci sinifdən yeməyin arxasınca baxmışam, ömürboyu şokolada həsrət qalmışam, ləziz yeməklərdən məhrum olmuşam ki, birdən kökələrəm. Oturub doyunca yediyim yadıma gəlmir. 2 il əvvəl bu qədər pəhrizdən bezdim və yeməyə başladım. Fikirləşdim ki, uzağı 1-2 kilo kökələrəm. Amma yedikcə kilom artdı, əvvəlcə oldu 83. Sonradan bir az da artdı. İndi 5 kilo arıqlamışam. Hələ də 10 kilo artığım var.

- İndi neçə kilosunuz?

- 79.

- Bəs, 5 kilo arıqlamaq üçün hansı pəhrizə əməl etdiniz?

- Son 2 ildir pəhrizdən uzağam. Amma ömrüm boyu pəhrizdə olmuşam. Formada qalmaq üçün yağlı yeməkdən, çörəkdən uzağam, hər şeydən az yeyirəm. Özümə o qədər zülm etmişəm ki. Çox az yeyirəm. Bu qədər az yeməklə yenə də kökəlirəm. Ət yemirəm. Şokoladı unutmuşam. Bircə tort və dondurmanın pəhrizini saxlaya bilmirəm. Son vaxtlar dondurmanı çox yeyirəm deyə kilom da çoxalıb. İndi işlərim bir az gərgindir. Yüngülləşən kimi pəhrizə başlamağı düşünürəm. Mənim ideal çəkim 70-dir. Adam var, 70 kilo deyəndə qorxur. Amma mən bu kiloda kifayət qədər zərif oluram.

- Başqa hansı qidalar sizi kökəldir?

- Şirin çörəklər, paxlava, tort. Mən dünən italyan restoranına getmişdim. Spagetti yedim. Üstündən də kokteyl içdim. Sonra da tiramisu ilə çay içdim. Bunlardan sonra necə kökəlməyim?!

- Axşamlar nə yeyirsiniz?

- Çox vaxt axşam kofe ilə kəsmik yeyirəm. Aclığımı yatırır. Mən düzgün qidalanmağın qaydalarını çox yaxşı bilirəm. Dietoloqlarla məsləhətləşmişəm, arıqlama kurslarına getmişəm. Necə arıqlmaq lazımdır, onu məndən yaxşı heç kim bilmir. Amma tətbiq etmək üçün güc lazımdır. Mən çox iradəliyəm, amma indi bir az rahat davranıram. Adam nə qədər pəhriz saxlayar? Məndə bu pəhrizlər anemiya xəstəliyi yaratmışdı. Ətdən imtina etmisənsə, gərək tərkibində dəmir olan digər meyvə-tərəvəz qəbul edəsən. Alma, armud yeyəsən. Amma mən də bunları sevmirəm, demək olar ki, yemirəm.

- Qarşısını necə aldınız?

- Qarşısını ala bilməmişəm. Bu gün də məndə tez-tez halsızlıqlar olur. İşim o qədər gərgindir ki; araşdırma verilişi, həm də sayta nəzarət... Başım çox qarışıqdır. Özümə, qidalanmağıma vaxt ayıra bilmirəm. Vaxtında və düzgün qidalanmaq lazımdır ki, kilo artmasın.

- Arıqlamaq istəyənlərə nə məsləhətiniz var?

- Səhər duran kimi 300 ml. su için. Sonra çıxın küçəyə. İti addımlarla gəzin. Kontraslı su vannası qəbul edin. Ondan sonra yenə 1 stəkan su için. Təbii otlardan çay dəmləyib, içinə bal qatın, meyvə quruları ilə qəbul edin. Nahara 5 meyvəni - portağal, kivi, alma, limon və bir mövsüm meyvəsini blenderdan keçirin, sıyıq düzəldin, içərisinə bir az bal qatıb, yeyin. Axşama da göy-göyərti və kəsmik qəbul edin. Bundan əlavə, 4 sarımsağı dəlib, diri-diri udun. Gün ərzində 8 qoz yeyin. Yatanda da 1 stəkan azyağlı qatıq için. Acanda bir meyvə yeyə bilərsiniz, suxari ilə kəsmik də olar. Pəhrizə başlamazdan əvvəl 10 gün imalə edin və mədə-bağırsaqdakı şlakları təmizləyin. Orqanizminizi təmizləsəniz, pəhrizə başlayanda özünüzü yenidən doğulmuş kimi hiss edəcəksiniz. Bu pəhrizlə mən 40 günə 12 kilo atmışam.



QafqazPRESS.az
banner125x125 banner125x125