» » Xoşqədəm ATV-də dava saldı, ən yaxın adamı işdən çıxdı

Xoşqədəm ATV-də dava saldı, ən yaxın adamı işdən çıxdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 iyun 2014
//
Bölmə: Şou-biznes
Xoşqədəm ATV-də dava saldı, ən yaxın adamı işdən çıxdı




Səs-küy o qədər böyük olub ki, hətta telekanal rəhbərliyi mübahisə gedən otağa gəlib.

ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə verilişin icraçı prodüseri Əli Vəliyev arasında mübahisə baş verdiyinə dair məlumatlar yayılıb

Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, səs-küy o qədər böyük olub ki, ATV-nin digər verilişlərinin əməkdaşları, hətta telekanal rəhbərliyi mübahisə gedən otağa gəlib.

İddia edilir ki, məhz bu mübahisədən sonra prodüser Əli Vəliyev işdən çıxmaq haqqında ərizə yazıb.

Mübahisənin isə verilişdəki təşkilati işlər və bir işçinin üstündə olduğu deyilir.

Əli Vəliyevin ATV-də Xoşqədəm Hidayətqızına ən yaxın adamı hesab olunduğu deyilir.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125