» » Nadir Qafarzadə xanımını ağlatdı

Nadir Qafarzadə xanımını ağlatdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 iyul 2014
//
Bölmə: Şou-biznes
Nadir Qafarzadə xanımını ağlatdı



Ötən gün Yaşıl Teatrda müğənni Nadir Qafarzadənin xanımına həsr etdiyi “Həyatımsan ömrüm qədər” adlı konserti baş tutub
Milli.Az lent.az-a istinadən xəbər verir ki, konsert öncəsi öz təəssüratlarını bölüşən müğənni ömür-gün yoldaşı üçün hazırlanmış bu konsertin həyatının ən böyük arzularından biri olduğunu söyləyib: “Çox həyəcanlıyam. Çünki verəcəyim bu konsert digərlərindən fərqlidir. Konsertə görə çox müzakirələr oldu. Amma heç bir tənqidi fikirləri nəzərə almayıb, həyat yoldaşıma musiqili gecə təşkil etdim. Bu həyatda onun üçün nələr etsəm, azdır. Həyatda məni anlayan, duyan, sevincimə, hər bir anıma şərik olan məhz odur. Allah onu mənsiz, məni onsuz yaşatmasın. Hətta onun özünə demişəm ki, sən olmasan, mən bu dünyada yoxam. Allahdan hər zaman istəmişəm ki, bu dünyadan köçməyimiz yetişsə, hər ikimizi birdən öldürsün. Çünki o mənim bu həyatda ən çox dəyər verdiyim varlıqdır”.

Müğənni qırmızı avtomobillə Yaşıl Teatra yaxınlaşan xanımını qarşılayaraq, məhz onun üçün hazırlanmış və ətrafı güllərlə bəzədilmiş kürsüdə əyləşdirdi. Həmin andan etibarən isə gecəni “Azərbaycan atəşi” rəqs qrupu açıq elan edərək, yerini müğənni Nadir Qafarzadəyə verdi. O isə öz növbəsində peşəkar musiqiçi heyətinin müşayiəti ilə Hüseynağa Hadıyevin repertuarından olan “Sən olmuşam” mahnısını oxudu. Həmin ifa zamanı isə Sevinc xanım göz yaşlarına hakim ola bilmədi. Özünü güclə saxlayan Sevinc xanım elə konsert zamanı gecə ilə bağlı fikirlərini lent.az-a bölüşdü:

“Nadirin ifasında elə mahnılar var ki, onları eşidəndə özümdən asılı olmayaraq, kövrəlirəm. Onun mənə verdiyi dəyərə qarşı eyni münasibəti verməyə çalışmışam. O, gözəl ailə başçısı olmaqla yanaşı, gözəl dost, ömür-gün yoldaşıdır. Sevincli, kədərli günləri birlikdə keçmişik. Ac vaxtlarımızda olub. Amma hər bir halda Nadirin mənə olan diqqəti, qayğısı bütün problemlərə üstün gəlib. İndi deyə bilərsiniz ki, öz həyat yoldaşını tərifləyir. Amma yox. Olanı deməli idim. Sizin vasitənizlə bu konsert üçün Nadirə təşəkkür edirəm”.

N.Qafarzadə isə öz növbəsində gecədə sürpriz hazırladığı mahnısından danışıb: “Bu konsert üçün “Sevincim, nadir incim” adlı mahnı hazırlanıb. Sözləri Altay Yaşar, musiqisi Fərid Kərimliyə məxsusdur. Müğənni 2 saat yarım müddətdə “Necə unudum səni”, “Unutulur”, “Xalidə”, “Maral”, “Sevdim bir gənc xanımı”, “Pardon”, “Haberin varmı”, “Sən mələksən” kimi sevilən mahnılarını da oxudu.

Qeyd edək ki, N.Qafarzadə gecədə 23 mahnı ifa edib. Onlardan 4-ü yeni bəstə olub.

Milli.Az



QafqazPRESS.az
banner125x125 banner125x125