Dünyada bu ilki Nadir Qafarzadə edəcək
Qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə özündən söz etdirən müğənni Nadir Qafarzadə iyulun 6-da Yaşıl Teatrda qeyri-adi solo-konsert verməyə hazırlaşır
Milli.Az-a açıqlama verən ifaçı bildirib ki, onun verəcəyi konsert Azərbaycanda ilk dəfə həyata keçirilir. Belə ki, tanınmış müğənninin konsertində yalnız həyat yoldaşı iştirak edəcək:
“Artıq bir neçə gündür ki, konsertimin danışıqları gedir. Düşünürəm ki, verəcəyim konsert bu günə qədər gerçəkləşdirdiyim konsertlərdən çox fərqlənəcək. Belə ki, iyulun 6-da Yaşıl Teatr sarayının bütün oturacaqları boş olacaq. Yalnız birindən başqa. Həmin yerdə isə mənim bu həyatda ən dəyərli varlığım olan həyat yoldaşım əyləşəcək. Həmin gecəni isə ona və evliliyimizin yubileyinə həsr edəcəm. Öncədən söyləyim ki, bu konsertim çox müzakirə olunacaq.
Hətta mənim fikrimə qarşı çıxanlar da olacaq. Amma tənqidlər hər zaman olub, olacaq. Bu konsert mənim çoxdankı arzumdur. Konsertdən bir neçə gün qabaq isə media mənsubları ilə görüş keçirəcəm. Həmin görüşdə də konsertlə bağlı bir çox məqamları açıqlayacam. Hazırda konsert üçün gözəl səhnə hazırlaanır. Bu çox fərqli bir səhnə olacaq. Səhnədə məni rəqs qrupu müşayiət edəcək. İnşallah, yaxşı bir konsert həyata keçəcəyinə inanıram.
Xatırladaq ki, N.Qafarzadənin Yaşıl Teatrda sonuncu solo-konserti 2013-cü il sentyabrın 13-də olmuşdu. Müğənni həmin sarayda “Sən mələksən” adı altında səhnə almışdı.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə bu konserti N.Qafarzadə həyata keçirir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR