Günel: "Evimdə Afaq kimi iki qabyuyanım, süpürgəçim var"
Əvvəlcə bütün atmacaları cavabsız buraxan Günel Məhərrəmova, nəhayət, danışmaq qərarına gəlib
Milli.Az tabloid.az-a istinadən xəbər verir ki, bir müddət öncə müğənni Afaq Aslan müğənni Günel Məhərrəmovanı “zövqsüz müğənni” adlandırmışdı. Ardınca isə o, daha bir müsahibə verərək, Günelin xarici görkəmi ilə bağlı fikirlərini bildirmiş, onu kilolu hesab etdiyini demişdi. Hətta bildirmişdi ki, bu görünüşlə o, qabyuyan işləsə, yaxşıdır...
Əvvəlcə bütün atmacaları cavabsız buraxan Günel Məhərrəmova, nəhayət, danışmaq qərarına gəlib. Müğənni Tabloid.az-a müsahibəsində qarşı tərəfin atmacalarına cavab verib.
- Afaq Aslanla aranızda nə baş verir?
- Fikirləşib ki, hansı yolla populyarlaşım? Hə, Günellə bağlı saytlarda müsahibə verim, bəlkə, onun vasitəsilə özümü reklam edərəm. Sadəcə olaraq, özünü mənimlə reklam etmək istəyir. Sözün açığı, mən onu tanımırdım. Mənə dedilər ki, “Youtube”-da onun kim olduğuna bax. Baxdım, onu gördüm, vay-vay... Müğənnilik sənətini bu qədər alçaltmaq olmaz da. Heç olmasa, tədbir görmək lazımdır ki, belə insanları efirə buraxmasınlar. Bu kimi müğənnilərin oxumağı adımıza ləkədir. Onun oxumağını dinlədim, bərbad, dəhşətə gəldim. Onun yerinə xəcalət çəkdim. O vəziyyətdə ölsəm də, efirlərə çıxmaram. Konkret olaraq demək istəyirəm ki, müğənnilik sənəti onluq deyil. Onun simasına, dodaqlarına baxanda açıq-aydın bilinir ki, hansı sənətin, yolun yolçusudur... Getsin o sənəti ilə də məşğul olsun. Yəni müğənnilik ona aid deyil.
- Afaq deyir ki, siz zövqsüz müğənnisiniz...
- Şükür Allaha, geyimim, ümumiyyətlə, hər şeyim göz qabağındadır. Sadə geyinənəm. Çox belə diqqət çəkici geyimi xoşlamıram, xarakterim belədir. Bir az da qapalı geyinirəm. İstəmirəm ki, vucudumu açıb ortalığa qoyum.... Ayıbdır, ən azından, mən ailəliyəm, oğlum var. Bütün bunlara baxmayaraq, bu mənim içimdən gəlir. Bəlkə də, nə zamansa bir klipimdə və ya layihəmdə şortik, açıq-saçıq da geyinə bilərəm. O, mənə zövqsüz deyib, öz fikridir. Onun özü zövqsüzdür ki, mənim geyimlərimə, tərzimə belə deyir. Hər halda, mən onun kimi oramı-buramı açıb çöldə qoymuram.
- O, iddia edir ki, siz açıq-saçıq geyinə bilməzsiniz. Çünki artıq kilolarınız var...
- Çəkim 57 kiloqramdır. Belə pis çıxmasın, bədən ölçülərim də qaydasındadır. Ən azından, mən də istəsəm, onun kimi geyinə bilərəm. Amma bu, mənim içimdən gəlmir. Xarakterimdə, canımda deyil ki, özümü açıb ortaya qoyum... Qapalı, ədəb-ərkanla geyinirəm, çünki efirə çıxanda nəzərə almaq lazımdır ki, bizi milyonlar izləyir. Həmin milyonların içərisində ağbirçəklərimiz, ağsaqqallarımız var. Onlar bizə qiymət verirlər. Bu qədər də açıq-saçıq geyinmək doğrudan da, bərbad görünür. Bütün günü bikinidə şəkillərini paylaşır. Bu nə deməkdir? Bir müğənni öz kliplərini, mahnılarını reklam etməlidir, yoxsa bikinidə çəkdirdiyi şəklini camaata göstərməlidir? Mənə zövqsüz deyib. Şükür Allaha, camaat bilir mənim qarderobumu. Mənim bir ayaqqabımın qiyməti, onun bütün qarderobunun qiyməti deməkdir. Onu da bir kənara qoyuram. Sadəcə, olaraq mən özümə nə yaraşırsa onu geyinirəm. Heç kəs indiyə kimi mənə zövqsüz müğənni deməyib. Əksinə, hər zaman deyiblər ki, halal olsun sənə, belə ədəb-ərkanla geyinib, üzə çıxırsan.
- Niyə əvvəlcə susdunuz, sonradan danışmaq qərarına gəldiniz?
- Doğrudan, o insan mənim üçün maraqsızdır. Maraqlı olsaydı, ona vaxtında cavab verərdim. Susuram, baxıram ki, getdikcə əsəblərimə toxunur. Ona görə də indi onun dediklərini cavablandırıram. Müsahibəsində demişdi ki, Günel qabyuyana oxşayır. Getsin, qab yusun. Əzizim, məni 2004-cü ildə “Azəri star” yarışmasında 10 nəfər münsif üzvü seçib, bəyənib. Onların adlarını açıqlayıram: İlhamə Quliyeva, Amaliya Pənahova, Faiq Sücəddinov, Yalçın Rzazadə, Nisə Qasımova. Onlar məni minlərin içindən seçərək, 20-liyə salıblar. Mən də sonra xalqın dəstəyi ilə gəlib, “Azəri star”ın qalibi olmuşam. O, mənim oxuduğum klassik mahnılardan birini canlı oxusun, sonra gedib desin ki, Günel qabyuyan olsun. Mənim evimdə onun kimi iki qabyuyanım, iki paltar ütüləyənim, evimi süpürənim var. O, hələ bilmir ki, kimə sataşır. Deyəsən, məni yaxşı tanımır. Belə ucuz sözlərlə özünü reklam etməsin. Getsin, başqa işlərlə reklam olunsun. Yəni onun simasına baxanda bilinir ki, hansı yolun yolçusudur. Getsin, o yolunu da davam etdirsin. Mən heç vaxt səviyyəsiz insanlara cavab vermirəm.
Mənim köməkçilərim, dostlarım da dedilər ki, Günel, o, sənin səviyyəndə olan adam deyil. Baş qoşma, bilmir ki, özünü necə reklam etsin. Ona görə də reaksiya vermədim. İndi görürəm ki, artıq çox dərinə gedir. Birdən elə bilər ki, ondan çəkinirəm, ya qorxuram. Ondan nə çəkinirəm, nə də qorxuram. Çünki hər kəs onu da, məni də tanıyır. Onun da, mənim də səviyyəm bəllidir.
On ildir ki, səhnədəyəm. Ən çətini, klassik estrada mahnılarını ifa etməkdir. Qabiliyyəti çatırsa, Afaq həmin mahnılardan birini oxusun. O, utanmır o səslə oxuyur? Ayıbdır e... Səsi bərbaddır. Vallah, onun kimi oxuyanlardır da, çıxıb efiri zibilləyir. Sonra da ortada bizim adımız batır.
- Növbəti dəfə ünvanınıza yenə xoşagəlməz ifadələr söyləsə, məsələni hüquqi müstəvidə həll etməyi düşünürsünüz?
- Əlbəttə. Bu barədə açıqlama vermək istəmirəm. Dövlətimizin qayda-qanunu ilə gedəcəyəm. İndi kim-kimə sataşırsa, ailəsinə daş atırsa, hüquqi yolla cavabını alır. Sadəcə olaraq, mən bir-iki məqamı gözləyirəm. Artıq tədbirimi görmüşəm. Onu bu yaxınlarda çox gözəl sürprizlər gözləyir. Özü də görəcək. Amma mən yenə də deyirəm, o, mənim səviyyəmdə olan adam deyil. Getsin, öz işi ilə məşğul olsun. Özü bilir hansı işdir o. Bütün xalq, Azərbaycan bilir nə işdir o. Belə götürəndə, onu efirdən heç kim tanımır. Sadəcə olaraq, onun öz əhatəsi var, onlar da bilirlər ki, o, kimdir, hansı yolun yolçusudur. Durub, burada mənimlə bağlı səviyyəsiz, dəxli olmayan müsahibələr verməsin. Otursun, düşünsün ki, kiminlə ayaqlaşır. Adamını tanısın.
- Belə çıxır ki, artıq məhkəməyə müraciət etmisiniz?
- Mən hələ bu barədə açıqlama vermək istəmirəm.Vəkilim bəzi məsələləri araşdırır. Bəzi xoşagəlməzliklər araşdırılandan sonra onu hara lazımdırsa çağıracaqlar. O, bəlkə də düşünür ki, mən sakit oturmuşam. Yox, bu, belə deyil. Bütün işlərimi vəkilim görür, mən isə yaradıcılıq işlərimlə məşğulam. Vəkilimin öhdəsinə buraxmışam. Özü həll edir. O, mənə mesaj yazıb ki, sənin kimi 40-50 manata gedib şou-proqramlarda oxumuram, çünki səviyyəli müğənniyəm. Birincisi, 40-50 manata oxuyan müğənni səviyyəsiz deyil. Ən azından halal yolla çörək pulu qazanır. İkincisi, mən 40-50 manata oxumuram. Açıq deyirəm və bunu hamı da bilir ki, şou-proqramlarda 100-150 manatdan aşağı oxumuram. Toylarda 1500-2000 manat arası oxuyuram. Şükür Allaha, hər gün ən azı, 3-4 şou-proqramım olur. Hər halda, mən halal yolla pul qazanıram. 40 manata oxusam belə, bu, mənim üçün şərəfdir. Çünki mən öz işimlə, zəhmətimlə pul qazanıram. Onun kimi murdarçılıqla hər hansı bir addım atıb pul qazanmıram. Bir də onu qeyd etmək istəyirəm ki, gözümü açandan bu sənətlə məşğulam. İkinci sinifdən fortepiano dərslərinə getmişəm. 9-cu sinifdən isə Şuşa Musiqi Texnikumunun xor-dirijoru fakültəsində oxumuşam. 2000-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissor-aktyor fakültəsinə daxil olmuşam.
Deyirlər ki, milçək bir şey deyil, amma ürək bulandırır. İt hürər, karvan keçər. Amma bu milçəyi də öldürmək, bir şapalaqlamaq lazımdır ki, ağlı başına gəlsin, yerində otursun. O, heç vaxt mənimlə ayaqlaşa bilməz. Kimdir axı o? Yenə də deyirəm, heç onun kim olduğunu bilmirdim. Elə bildim ki, oğlandır, özünü qız formasına salıb. Həqiqətən məndə belə bir təəssürat yarandı. Çünki onun dodaqlarına baxanda, iyrənc bir məxluqa oxşayır. Anladınız yəqin kimləri nəzərdə tuturam... Amma yenə də susdum. Düşündüm ki, it hürər, karvan keçər. Susdum, susdum, susdum... Amma artıq onu yerində oturtmalıyam ki, həddini bilsin. Bilsin ki, kimə sataşır. Birincisi, o, mənə heç vaxt bata bilməz. İkincisi də, iyrənc milçəkdir. Vızıldayır özü üçün. Mənim onunla bağlı başqa tədbirlərim var, onu da gözləsin.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR