Zaur canlı efirdə özündən çıxdı, stəkan, nəlbəkini kül-kül etdi
Aparıcının bu ağılasığmaz addımı hər kəsi çaş-baş saldı
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün “5/5” verilişi gözlənilməz hadisələrlə zəngin olub. Verilişdə qonaq qismində iştirak edən müğənni Xatun onun üçün süzülmüş çayı içərkən nəlbəkini əlindən yerə salaraq qırıb. Bu hadisədən qəzəblənən verilişin aparıcısı Zaur Kamalı, “Sındırdın, rəhmətliyin qızı. Biri var əlindən düşsün sınsın, biri də var bilərək sındırasan. Özü elə etdi ki, onu çəksinlər. Bax bu cür” deyən aparıcı masanın üzərindəki digər stəkan, nəlbəkiləri yerə ataraq sındırb. Verilişin digər xanım qonağı diktor Şərqiyyə Hüseynovanın dəfələrlə “Zaur, etmə” çağırışına məhəl qoymayan aparıcı, inadından əl çəkməyib”.
Zaur etdiyi bu hərəkətin ardınca Şərqiyyə xanıma bunları söyləyib:
“Şərqiyyə xanım, o, bilirsiniz niyə elə etdi?! İstəyir ki, şou yarada”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR