» » Məşhur azərbaycanlı teleaparıcı döyülməsi xəbərindən danışdı

Məşhur azərbaycanlı teleaparıcı döyülməsi xəbərindən danışdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 01 may 2014
//
Bölmə: Hadisə
Məşhur azərbaycanlı teleaparıcı döyülməsi xəbərindən danışdı


14:17

“Özüm Ağcabədiliyəm. Bütün dostlarım oradadır. Orada məni kim döyəcək?” Milli.Az bildirir ki, bunu anspress-ə “Space” televiziyasının aparıcısı Mikayıl Güləddinoğlu mətbuatda onun döyülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aparıcısı olduğu verilişin son çəkilişləri Ağcabədi rayonunda çəkilib.

“Çəkilişlər maraqlı olsun deyə zarafatyana hazırladıq. Verilişin anonslarında da bunlar yer almışdı. Ola bilsin ona görə KİV-lərdə belə xəbərlər yayılıb. Məni heç kim döyməyib”, - deyə Mikayıl Güləddinoğlu bildirib.

Qeyd edək ki, mətbuatda Mikayıl Güləddinoğlunun Ağcabədi rayonunda aparıcısı olduğu verilişin çəkilişləri zamanı döyülməsi barədə xəbərlər yayılıb. Bildirilirdi ki, çəkilişlər zamanı gənc oğlanla əlbəyaxa olub.

---------
13:46

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən sözügedən verilişin rejissoru çəkiliş zamanı insident yaşandığını təsdiqləyib: “Çəkiliş vaxtı insident yaşandı, kənd uşaqlarından biri dəfələrlə sifarişlər verdi, amma başa düşmədi ki, çəkilişin öz formatı var. Biz ona bunu başa saldıq, amma o nəzərə almadı və əsəbləşib Mikayıla hücuma keçdi. Sonra onu sakitləşdirdik. Əslində burada söhbət Mikayıldan getmir. Mikrofon onun əlində olduğu üçün oğlan ona hücum etdi. Başqasında olsaydı, ona hücum edəcəkdi. Sonra hər şey həllini tapdı, insident sakitliklə ötüşdü”.

----------
13:09

"Space" televiziyasının aparıcısı Mikayıl Güləddinoğlu döyüldü.

Milli.Az-ın publika.az-a istinadən məlumatına görə, tanınmış aparıcı sözügedən telekanalın "Zəhmətkeş ulduzlar" adlı verilişinin çəkilişləri zamanı insidentlə qarşılaşıb. Belə ki, Ağcabədi rayonunda aparılan çəkilişlər zamanı verilişdə qonaq qismində bölgəyə gedən aparıcı gənc oğlanla əlbəyaxa olub. M.Güləddinoğlu kənd camaatı arasında şeir söylədiyi zaman bir oğlan ona hücum edib.

Tərəflər güclə sakitləşdiriliblər.

Qeyd edək ki, bu hadisə ilə bağlı rəhbərlik aparıcının bazar ertəsi canlı yayımlanan “Sevimli şou” verilişinin yayımına icazə verməyib.



QafqazPRESS.az
banner125x125 banner125x125