Azərbaycanlı müğənni: "Bir libası iki dəfədən artıq geyinə bilmirəm"
Müğənni Gülay Zeynallı “Bizim gün” verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, libaslarından danışan sənətçi internet vasitəsilə alış-verişi xoşladığını deyib:
“Avtomobilimin arxası ikinci qarderobumdur. Gündə bir neçə tədbirə gedirəm, hər dəfə evə qayıdıb paltarımı dəyişmək imkanım yoxdur. Buna görə də, libasım ürəyimcə olmayanda tez maşındakılardan birini geyinirəm. Bahalı paltar almıram, israfçılıqdır. Çünki mən tanınmış simayam. Bir libası iki dəfədən artıq geyinə bilmirəm. Amma ayaqqabını illərlə geyinərəm, ona görə də ona nə qədər lazım gəlsə, pul xərcləyirəm. Əsasən, internet vasitəsilə alış-verişi xoşlayıram. Çünki belə daha ucuz başa gəlir”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR