» » Yaqub Eyyubovun qardaşı qızı həbs olundu

Yaqub Eyyubovun qardaşı qızı həbs olundu

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 dekabr 2019
//
Bölmə: Sosial

Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini - Lalə Eyyubovanın saxlanılmsı barədə xəbər vermişdik.
Qafqazpress.az əldə etdiyi məlumata görə, icra başçısının həbs olunan humanitar məsələlər üzrə müavini Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğma qardaşı qızıdır. Onun hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirildiyi bildirilir.
Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.
banner125x125 banner125x125