» » MƏKTƏB DIREKTORUNUN KITAB YANDIRMASI MƏSƏLƏSINƏ — RƏSMİ MÜNASİBƏT

MƏKTƏB DIREKTORUNUN KITAB YANDIRMASI MƏSƏLƏSINƏ — RƏSMİ MÜNASİBƏT

Müəllif: Səma Zərdablı
//
Tarix: 29 dekabr 2019
//
Bölmə: Sosial
MƏKTƏB DIREKTORUNUN KITAB YANDIRMASI MƏSƏLƏSINƏ — RƏSMİ MÜNASİBƏT



Ötən gün sosial şəbəkələrdə Şəki rayon Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırılması barədə əsassız məlumatlar yayılıb.
Qafqazpress.az Median.az - istinadən xəbər verir ki, bununla bağlı Şəki şəhər Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 26-da bir qrup şəxs məktəbin ərazisindən kənarda şagirdlərə kitablar təklif edib. Onlardan bəziləri kitabları qəbul edib, digərləri isə həmin kitabları almaqdan imtina edib.
Qeyd edək ki, bu kitablar arasında Kristin Hannahın türk dilində “Bin ömrüm olsa” adlı romanı, Viktor Hüqonun “Kozetta” əsəri, Kahraman Tazeoğlunun ”Bambaşqa” romanı və s. kitablar olub.
Dərsliklərin pulla satılması məsələsinə gəldikdə isə bildirilib ki, şagirdlər sentyabrın ilk on günlüyündə məktəb tərəfindən dərsliklərlə tam və pulsuz təmin olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Ümman Dəniz adlı gənc dostları ilə Şəkinin Daşüz kəndində uşaqlara bədii kitablar paylayıb. Lakin kəndin məktəb direktoru - Əmirseyidova Anjelika kitabları toplayıb və məktəbdə yandırıb.
MƏKTƏB DIREKTORUNUN KITAB YANDIRMASI MƏSƏLƏSINƏ — RƏSMİ MÜNASİBƏT
MƏKTƏB DIREKTORUNUN KITAB YANDIRMASI MƏSƏLƏSINƏ — RƏSMİ MÜNASİBƏT
banner125x125 banner125x125