“Kişidirsə, adını yazsın” – Rəis müavini
Nəsimi rayonu, Azadlıq prospekti 58-v-də yerləşən “Buqatti” adlı gecə klubunun sözügedən rayonun Polis İdarəsinin rəisi Musa Musayevə məxsus olmasıyla bağlı məlumatlar yayılıb.
“Azadlıq” qəzetinin yazdığına görə, sözügedən klubda 16 yaşlı bir gənc dostuyla əylənərkən iki qız da onlara qoşulub və içki sifariş ediblər. Axırda 170 manat hesabı ödəyə bilməyən dostlar “Buqatti”də döyülərək girov götürülüblər. Onlardan biri atasını çağırıb və valideynə bildiriblər ki, klubu Nəsimi Polis İdarəsinin rəisi Musa Musayevin yaxın adamı olan Səbuhi adlı şəxs işlədir. Nəhayət ki, klubun işçiləri ilə “razılığa gələn” valideyn 80 manat müqabilində oğlunu və onun dostunu azad edə bilib. Bunda sonra isə rayonun 22-ci polis bölməsinə müraciət edən şəxsin müraciətinə heç bir reaksiya verilməyib.
AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Mehman Əliyevlə danışıb. Rəis müavini bildirib ki, xəbərlə tanışdırlar. Daha sonra isə əlavə edib ki, həmin xəbəri verən kişdirsə, adını da yazardı. İnformasiyanı ötürən şəxsin təhlükəsizlik məsələsini xatırladanda isə M.Əliyev rəisini belə müdafiə edib:
“Musa müəllim idarə rəisidir. “Buqatti” adlı gecə klubunun rəhbəri deyil. Əvvala kulubun rəhbəri Səbuhi adlı şəxsdir və mən onu idarəyə çağırıb danışdırdım. Məlumat yalandır. Biz məlumatı ötürən adamı da axtarırıq. Bunu kim isə qəsdən edib”.
Mehman Əliyev gecə klubundakı döyülmə xəbərinə kinayə ilə “dünya dərəbəylikdir ki, gecə kulubuna kimisə salıb döysünlər və yaxud artıq pulunu alsınlar?” cavabını verib və ardınca əlavə edib ki, övladından 170 manat artıq pul alınan valideynin şikayətinə Nəsimi rayon 22 polis bölməsində baxılmayıbsa, Prezident Administrasiyasına, Daxli İşlər Nazirliyinə şikayət etsin.
Əməkdaşımızın “Disko barlara polis idarəsindən necə nəzarət olunur” sualına isə rəis müavini belə cavab verib:
“Nəinki Nəsimidə, o cümlədən Bakının müxtəlif yerlərində gecə klubları fəaliyyət göstərir. Burda nə var ki? Mən cavan oğlanam, oraya dincəlməyə gedirəm. Bakıda keçirilmiş “Avroviziya” yarışmasında da dünyanın bütün jurnalistləri tökülüb bura gəlmişdilər. Onda deyərdilər ki, bu barları bağlayın da. Bunun fəaliyyətindən bir qonşu şikayət etmirsə və heç kimə maneçiliyi yoxdursa, niyə oranı bağlamalısan ki?”
Sonra isə Mehman Əliyev bayaqdan təqdir etdiyi diskobarların fəaliyyəti ilə bağlı idarəyə deyil, Daxili İşlər Nazirliyinə müraciət etməyimizi məsləhət gördü:
“Kimsə hüquq pozuntusu edirsə, biz dərhal onun qarşısını alacağıq və nə tədbirdə lazımdır görəcəyik”.
Söhbətin sonunda rəis müavini Səbuhi adlı şəxsin onun tərəfindın idarəyə çağırıldığını danıb : “Onu mən çağırmamışam və heç onu da tanımıram. O idarəyə çağrılıb. Amma Səbuhi mənim tərəfimdən çağırılmayıb. Kimin tərəfindən çağırıldığını bilmirəm. Bildiyim odur ki, çağırılıb”
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR