Xəstələr bu iynə vurulandan sonra dünyasını dəyişir – Nazirlik hərəkətə keçdi
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Türkiyənin “Dormofol” dərman vasitəsini geri çağırmasına aydınlıq gətirib.
Nazirlikdən “Yeni Sabah”a verilən məlumatda bildirilib ki, Türkiyənin Sparta Şəhər Xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib
“Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli “Dormofol” 1%-li intravenoz inyeksiya və “Dormofol” 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir”, – məlumatda qeyd olunub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR