» » "Dərman atmadığım hər gün ölə bilərəm"

"Dərman atmadığım hər gün ölə bilərəm"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 20 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
"Dərman atmadığım hər gün ölə bilərəm"



Qaraciyər sirrozuna tutulan Yevlax rayon sakini Ülviyyə Sadıqova Səhiyyə Nazirliyindən şikayətçidir
Milli.Az xəbər verir ki, qafqazinfo-ya müraciət edən Ülviyyə Sadıqova bildirib ki, 4 ildir qaraciyər sirrozundan əziyyət çəkir. 29 yaşlı qız 3 ay əvvəl Moskvada yaşayan azərbaycanlı xeyriyyəçinin yardımı ilə əməliyyat olunub. Ona qardaşı donorluq edib.

Ülviyyə Sadıqova hazırda dərman almağa pulu olmadığını bildirib: "Bir aylıq dərmanım anamın bir illik təqaüdünə bərabərdir. Keçən ay anam təqaüd kartı ilə bankdan kredit götürdü. Özüm işləyə bilmirəm. Qardaşım donorluq etdiyi üçün tam işləyə bilmir. İşləsə belə, aldığı 250 manat bizə çatmır. İndi müalicə ala bilmirəm. Dərmanlarım çox bahadır.

Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etmişəm. Bildirirlər ki, qaraciyər sirrozu olanlara dərman yardımı edilmir. Digər qurumlara müraciət edirəm, onlar da yenidən sənədləri Səhiyyə Nazirliyinə göndərirlər. Dərman atmadığım hər gün ölə bilərəm. Ömrüm boyu müalicə almalıyam. Bu boyda zəhmət hədər gedə bilər".



QafqazPRESS.az
banner125x125 banner125x125