» » Mənə dərman verin... - Leyla Əliyeva

Mənə dərman verin... - Leyla Əliyeva

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 iyun 2014
//
Bölmə: Mədəniyyət
Mənə dərman verin... - Leyla Əliyeva


Leyla Əliyeva
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.
“Mənə dərman verin...” adlı həmin şeiri ixtiyarınıza veririk.

(Дайте мне лекарство…)

Mənə bir dərman verin –
Dərdim, ağrım yox olsun
Sevgim baldır, şirindir.
Dərman «şəkər»i salsın
Elə dərman verin ki,
Şübhə-kədər ərisin.
Çarə-əlac qılın ki,
Zaman mənlə yerisin.

Mənə bir dərman verin,
gündən, yağışdan, qardan
Boğulmayım tüstüdən,
Kül olmayım alovdan,
Mənə bir dərman verin,
Qorxudan və kədərdən
Allah bağışlayandır,
Təlqin gəlsin göylərdən.

Mənə bir dərman verin
sinə gərim tufana,
Eliksir içən kimi
başlayım yaratmağa;
Siz mənə dərman verin
Həsədlə, kini yenim,
Qüvvət gəlsin dizimə,
Eli-obanı gəzim...

Qoy dərman sipər çəksin,
Qəzəbə, tənələrə;
Allah da səbəb salsın,
inanım peyğəmbərə...
Dərmanlar əlac etsin,
Zökəmə, öskürəyə,
Səbəbsiz peyda olan,
Qəm-kədərə, qüssəyə...

Bir dərman verin mənə,
yox olsun hiylə-kələk.
Bir dərman verin mənə
Hərarəti ram edək...
Qışın qar-çovğununda
Soyuğa qalib gələk...
Dərman içək, röyada
Xeyir mələyi görək...

Dərman verin – çox verin,
Heç xəsislik etməyin..!
Dərmanlar bol olsun ki,
Mərəzləri ram edim
Sizdə bir dərman da var –
“YAXŞILIQ” derlər ona,
Ondan da verin mənə
Paylayım insanlara...

Ruscadan çevirəni: MAHİR QABİLOĞLU


QafqazPRESS.az
banner125x125 banner125x125