Şəhid adını daşıyan küçə baxımsız vəziyyətdə - FOTO
Abşeron rayonu Ceyranbatan qəsəbəsinin yolları pis vəziyyətdədir.
Bu barədə qəsəbə sakinləri Oxu.Az-a məlumat verib.
Sakinlərin sözlərinə görə, sözügedən küçə Qarabağ şəhidi Əvəz Paşayevin adını daşıyır.
Şəhidin adını daşıyan küçənin bu vəziyyətdə olması sakinləri ciddi narahat edir. Onlar deyir ki, uşaqlar hər gün bu küçə ilə məktəbə gedib-gəlmək məcburiyyətində qalırlar.
Məlumatda qeyd olunub ki, vətəndaşlar bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, şəhidin adını daşıyan küçənin bərpası ilə bağlı hələ də heç bir tədbir görülməyib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR