» » Şamaxıda Aprel şəhidimizin xatirəsi anıldı - FOTO

Şamaxıda Aprel şəhidimizin xatirəsi anıldı - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 10 aprel 2019
//
Bölmə: Sosial
 Şamaxıda Aprel şəhidimizin xatirəsi anıldı - FOTO



Şamaxıda Aprel döyüşlərində şəhid olmuş əsgər Nazim Zəkərəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Qafqazpress.az xəbər verir ki, şəhidin ailəsinin yaşadığı evdə baş tutan tədbirdə onun ailə üzivləri, qohumları, rayon sakinləri və mediya nümayəndələri iştrak ediblər.
Tədbirdə çıxış edənlər 2016-cı il aprel döyüşlərində əldə olunmuş qələbənin tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan bu döyüşlərdə öz gücünü düşmənə və dünyaya bir daha sübut etdi və indiki vəziyyətlə heç vaxt barışmayacağını göstərdi.
Şəhidin valideynləri bütün şəhdilərimzin qanının yerdə qalmayacağına inandıqlarını bildirdilər.
Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etdilər.
Şəhidlər Xiybanında uyuyan Aprel şəhidimizin, o cümlədən I Qarabağ müharibəsində həlak olmuş igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.