Yaşayış massivi, yoxsa zibil poliqonu? - VİDEO
Sumqayıt şəhərinin Kotec qəsəbəsində yerləşən məhəllə zibil poliqonuna çevrilib.
Qafqazpress.az xəbər verir ki, qəsəbədəki yaşayış məntəqələrinin kanalizasiya boruları məhəllənin yaxınlığında yerləşən kanala axıdılır.
Anitisanitar vəziyyət ətrafda kəskin qoxu yaradıb. Sakinlər zibillikdə kərtənkələ, qurbağa, siçovul və ilanı gördüklərini bildirirlər.
Hər tərəfi yaşayış məntəqələri ilə əhatə olunan üstü açıq kanal xəstəlik mənbəyi olmaqla yanaşı, burada yaşayan insanların, ən əsas da körpələrin həyatı üçün təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də onların şikayətlərinə baxan olmayıb.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eyvaz Qocayev bildirib ki, ərazidə kanalın boruya salınması işləri başlanılıb.
Qurum rəsmisi sözügedən ərazidə çalışdıqlarını bildirsə də çəkiliş apardığımız zaman orada hər hansı işin getdiyini görə bilmədik.
Ümid edək ki, verilən vədlər söz olaraq qalmayacaq, problem qısa müddət ərzində öz həllini tapacaq. Əks təqdirdə ərazidə isti havalarda vəziyyətin necə olacağını təsəvvür etmək elə də çətin deyil.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR