» » Azərbaycanlını öz evinə qeydiyyata alan şəxs axtarışa verildi

Azərbaycanlını öz evinə qeydiyyata alan şəxs axtarışa verildi

Müəllif: Səma Zərdablı
//
Tarix: 07 fevral 2020
//
Bölmə: Sosial
 Azərbaycanlını öz evinə qeydiyyata alan şəxs axtarışa verildi



Rusiyanın Mordoviya Respublikasının sakini azərbaycanlını saxta sənədlə qeydiyyata salıb.
Bu barədə Respublikanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayımlanıb.
Bildirilir ki, Temnikovski rayon polisləri qanun pozuntusu faktı aşkar ediblər.
Belə ki, 44 yaşlı yerli sakin qanunsuz olaraq 14 fevral tarixinə qədər Azərbaycan vətəndaşını öz evinə qeydiyyata salıb.
Azərbaycanlının faktiki yaşadığı yer isə ayrı ünvan olub.
Hazırda rusiyalı istintaqdan yayındığı üçün axtarışa verilib, həmin şəxsin yeri müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi açılıb.
banner125x125 banner125x125