“İnterpol”un axtardığı azərbaycanlı Soçidə tutuldu
“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlı Rusiyanın Krasnodar diyarının Soçi şəhərində saxlanılıb.
Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə baş idarəsindən verilən məlumata görə, həmin şəxs 2017-ci ildə Bakıdakı şirkətlərdən birində baş marketoloq işləyən zaman oradan 250 min dollardan çox maliyyəni mənimsəyib.
Məhkəmə onun barəsində həbs qərarı çıxarsa da, həmin şəxs istintaqdan gizlənə bilib və beynəlxalq axtarışa verilib.
Hazırda onun vətənə ekstradisiyası ilə bağlı məsələ həll edilir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR