Bakının ən bahalı villalarından biri satışa çıxarıldı
Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub.
“MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə deyib ki, rəhbərlik etdiyi qurumun portfelində ötən ay Bakıda ən bahalı mənzil Nərimanov rayonunda qeydə alınıb.
Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan dördotaqlı mənzilin qiyməti 1 850 000 manat olub. N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ rayonunda dördotaqlı, təmirli və “Leninqrad” layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.
N.İbrahimov vurğulayıb ki, ən bahalı həyət evi dörd milyon manat dəyərində, Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR