» » Badamdarda yenidən torpaq sürüşməsi oldu

Badamdarda yenidən torpaq sürüşməsi oldu

Müəllif: Səma Zərdablı
//
Tarix: 14 fevral 2020
//
Bölmə: Sosial
  Badamdarda yenidən torpaq sürüşməsi oldu


Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.
Qafqazpress.azın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar şosesinin ətrafındakı yamacda qeydə alınıb. Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.
Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.
Xatırladaq ki, ərazidə artıq 3-cü dəfədir ki, sürüşmə olur.
banner125x125 banner125x125