» » İlk ödənişli yol nə vaxt istifadəyə veriləcək? – Vaxt açıqlandı

İlk ödənişli yol nə vaxt istifadəyə veriləcək? – Vaxt açıqlandı

Müəllif: Səma Zərdablı
//
Tarix: 21 fevral 2020
//
Bölmə: Sosial
İlk ödənişli yol nə vaxt istifadəyə veriləcək? – Vaxt açıqlandı


Bu il ərzində respublika əhəmiyyətli 36, Bakı şəhərinin isə 12 rayon və qəsəbə yolunun abadlaşdırılmasına sərmayə qoyulub.
Qafqazpress.azın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bildirib.
O qeyd edib ki, ən böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun ikinci texniki dərəcədən birinci texniki dərəcəyə keçirilməsidir:
“Bununla 4 hərəkət zolağına keçirilməsi layihəsinin bəzi lotlarda yekunlaşdırılmasını planlaşdırırıq. Həmçinin, bu ilin sonuna Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq, Gürcüstan sərhədinə qədər Xaldan-Şəki-Mazımçay gömrük məntəqəsinədək olan avtomobil yolunun Xaldan-Şəki hissəsinin 54 kilometrinin çəkilib başa çatdırılması nəzərdə tutulub. Bundan əlavə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 68 kilometrlik hissəsinin ilin sonunadək çəkilməsi planlaşdırılır”.
O qeyd edib ki, bu ilin sonunadək Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisini başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur:
S.Məmmədov əlavə edib ki, alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsinin bərpası təmin ediləcək.
“İlbəil Bakı-Quba yolunun beton hissəsinin sıradan çıxmış sahələrini təmir edirik. Yəqin ki, alternativ yol tam istifadəyə verildikdən sonra beton yolun yenidən bərpası təmin ediləcək”. /Trend/
banner125x125 banner125x125