» » Elina Hacıyevanın ölümündə ittiham olunan məktəb direktoru yenidən hakim qarşısına çıxarılır

Elina Hacıyevanın ölümündə ittiham olunan məktəb direktoru yenidən hakim qarşısına çıxarılır

Müəllif: Səma Zərdablı
//
Tarix: 27 fevral 2020
//
Bölmə: Sosial

Elina Hacıyevanın ölümündə ittiham olunan məktəb direktoru yenidən hakim qarşısına çıxarılır


Səbail rayonu 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın ölümündə ittiham edilən keçmiş direktor Sevinc Abbasova barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Qafqazpress.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən zərərçəkmiş tərəf S.Abbasovanın cəzasının ağırlaşdırılmasını istəyir.
İş hakim Fərhad Kərimovun icraatında araşdırılacaq.
Qeyd edək ki, ötən il Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq. Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.
banner125x125 banner125x125